Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

12 Ekm 13:52Manşet / Gündəm

Bahar kimi təravətli Zərniyar xanım Kərimova

 

 (“Şərəfli ömür yolu” kitabından ixtisarla)

Təbiətdə rəng çoxdur, bu rəngləri bir güzgü kimi özündə əks etdirən hər bir yaradıcı fərdə aid olan poeziya, nəsr... həm də öz rənglərini yaradır. Bunlar nəfəs alan, yaşayan, bir-birinə bənzəməyən al-əlvan rənglərdi. Həyatın belə zəngin rəngləri ilə gözəlləşən əsərlərin ayrı-ayrı kadrlarında bir-birindən fərqlənən canlı mənzələri var; El və elat, insan, övlad, vətən, dostluq, peşə sevgisi, vətənsevərlik, vətəndaşlıq, vətənpərvərlik və qəhrəmanlıq – şəhidlik mövzusu. Hər lövhə, hər mənzərə mənalıdı. Adiliyindən çıxıb poeziyanın dilində böyük məna kəsb edərək geniş vüsət alır. Vətənpərvər sahibkar xanım Zərniyar Kərimovanın yaradıcılığında bu meyar, bu qayə beləcə doğmalaşır, əziz gilaməyə çevrilir. Bu Zərniyar xanımın gördüyü işlərdə özünü bütün səmimiyyəti ilə ehtiva edir.

       Dünyanın müasir problemləri ilə əlaqədar fikirlər, torpaq, vətən sevgisi, azadlıq təşnəsi, həqiqət və ədalət uğrunda aparılan mübarizə, qəhrəmanlıq və şəhidlik mövzusu-onu bu hislər rahat buraxmır, bu mövzular həmişə Zərniyar xanımın diqqəti mərkəzindədir. Zərniyar Kərimovanın gördüyü işlərdə doğma Azərbaycan torpağından, onun tarixililiyindən, elindən, obasından, adət və ənənəsindən, təbiətindən ayrı təsəvvür etmək olmur. Bu işlərin, onun xeyiyyəçilik işlərinin mayası da, cövhəri də, ətiri-şirəsi də, nəfəsi də bu torpaqdan rişələnir, bu torpaqdan axıb-süzlüb bir bulaq kimi, yaranıb bir qaya kimi bərkiyib, bir ağac kimi kök salıb, bir çiçək ləçəklənib... Təbii ki, ürəkdən iş görəndə bu həmişə belədir. Ona görə də mənalıdır, gözəldir, seviləndir, sevdirəndir. Zərniyar xanımın Azərbaycançılıq ovqatı özünü gizlədə bilmir, xalqına, millətinə, elinə-obasına bağlılığını büruzə verir.

           Vətənini, xalqını, millətini ürəkdolusu, dünya boyda bir sevgiylə sevən Zərniyar xanım vətəninin azadlığı uğrunda canından keçən igid oğlanlara həsr etdiyi xeyriyyəçilik missiyası vardır. Qəlbi azadlıq, müstəqillik uğrunda “uf” demədən şirin canlarını fəda edən oğullara Zərniyar xanım malından bir pay olaraq ərmağan edir. Ürəyi sevgi ilə dopdolu, ruhu zəngin olan xanım Zərniyar Kərimova çeşməsi tükənməzdir, qaynardı. Vətənin, xalqın arzusu və istəkləri, fikri və düşüncələri ilə həmahəngdir.

           Tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.

           Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki paytaxtda, eləcə də bölgələrdə yüksək ehtiram sahibi olan sahibkar, vətənpərvər xanım Zərniyar Kərimova ictimai fəallığı və öz dəstxətti ilə daxil olan belə xanımlardandır. Xeyirxah əməlləri ilə hər kəsin sevimlisinə çevrilən sahibkar xanım Zərniyar Kərimova Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Zərniyar xanımın xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. 

            Hər bir insanın öz həyat yolu vardır. Öz xalqı, dövləti üçün durmadan çalışan insanlar həmişə böyük nüfuz sahibi olublar. Onlar yalnız dünyaya gəldikləri ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün qiymətlidirlər. Zərniyar xanım məhz bu statusda olan Azərbaycan qadını, nüfuzlu ictimai fəaldır.

            Yüksək mənəvi keyfiyyətlərə malik ziyalı ailəsində dünyaya gələn Zərniyar xanım Kərimova həyat təcrübəsi ilə sübut edir ki, Azərbaycan qadını dünya əhəmiyyətli fəaliyyət göstərə, bir-birindən parlaq uğurlar qazana bilər. Sosial-mədəni həyat sferalarında çoxsaylı təşəbbüslər göstərən, səmərəli layihələr həyata keçirən Azərbaycanın vətənpərvər xanımı Zərniyar Kərimova öz fəaliyyəti ilə bir nümunəyə çevrilib. Zərniyar Kərimova öz xanımlıq ənənəsini yaratmaqla cəmiyyətə və dövlətçiliyə böyük töhfə verir. Bu, Zərniyar xanımı həm bir qadın olaraq daha yüksək sosial statusda özünü təsdiq etmək, həm də, ümumiyyətlə, Azərbaycan qadını üçün bir nümunəyə çevrilmək imkanı verib. Bu müddəa kontekstində Zərniyar xanım Kərimovanı genişmiqyaslı məhsuldar fəaliyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.

            Bunlarla yanaşı, qadının istənilən cəmiyyətdə yeri və rolu, sosial-hüquqi statusu adət-ənənə ilə sıx bağlıdır. Qadına hörmətin yüksək olduğu cəmiyyətlərdə saflıq, əxlaq, mənəviyyat və ailə tərbiyəsi də güclü olur. Heç şübhəsiz, Azərbaycan bir cəmiyyət və ölkə olaraq bu məsələdə fəxr edə bilər. Ulu öndər Heydər Əliyev qadınlarla bağlı çox dəyərli fikirlər söyləyib. Onlardan biri belədir: “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.

            Olduqca dolğun, dərin və əhatəli fikirlərdir. Xüsusilə Azərbaycanın sahibkar xanımı Zərniyar Kərimova haqqında düşünəndə, bu müdrik fikirlər yada düşür. Bəli, taleyin xoşbəxtliyidir ki, Azərbaycan xalqının Zərniyar Kərimova kimi övladı, Azərbaycan cəmiyyətinin şansıdır ki, Zərniyar xanım kimi qadın nümayəndəsi və Azərbaycan millətinin uğurudur ki, Zərniyar xanım Kərimova kimi xeyriyyəçi xanımı vardır! 


            Hazırladı: Fərid Faiqoğlu

            Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

            “Xezertv.info”-nun rəhbəri, “Qızıl Qələm” mükafatçısı