Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ İNSAN – PREZİDENT İLHAM ƏLİYEVİN YÜRÜTDÜYÜ SİYASƏTİN DƏSTƏKÇİSİ
Təbiətdə rəng çoxdur, bu rəngləri bir güzgü kimi özündə əks etdirəm hər bir yaradıcı fərdə aid olan poeziya, nəsr... həm də öz rənglərini yaradır. Bunlar nəfəs alan, yaşayan, bir-birinə bənzəməyən al-əlvan rənglərdi. Həyatın belə zəngin rəngləri ilə gözəlləşən əsərlərin ayrı-ayrı kadrlarında bir-birindən fərqlənən canlı mənzələri var; El və elat, insan, övlad, vətən, dostluq, peşə sevgisi, vətənsevərlik, vətəndaşlıq, vətənpərvərlik və qəhrəmanlıq – şəhidlik mövzusu. Hər lövhə, hər mənzərə mənalıdı.
Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər insan “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı Azər müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.
Azər müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Birliyə rəhbər seçildiyi ilk günlərdən Azər Məmmədov sahənin fəaliyyətində bir canlanma yaratmağa nail olmuşdur. Birlikdə kadr dəyişikliyi aparmış, savadlı, yeni düşüncəli professional işçiləri işə dəvət etmişdir. Belə ki, struktur dəyişikliyi - birliyin tərkibinə yeni üzvlərin təyin olunması və digər vəzifələrə təyinatların olması birlikdə yeni bir ab-havanın yaranmasına, işlərin düzgün, səmərəli qurulmasına və öz axarı ilə getməsinə yol açdı. İllərlə yığılıb qalmış problemlər öz həllini tapmışdı. Bütün bunlara nümunə olaraq birliyin Azər müəllimin fəaliyyətinə qısaca nəzər salanda görülən işlərin panoramı göz önündə canlanır.
İnsan həyatda bir çox çətin və mürəkkəb hadisələrlə qarşılaşır. Burda ən mühüm məqam da ondan ibarətdir ki, gözlənilmədən qarşına çıxmış hadisələri anlamaqda, ona həssaslıqla yanaşmaqda, baş verənləri düzgün qiymətləndirməkdə səbirli və məsuliyyətli olmalısan. Bütün bunlar birliyin baş direktoru Azər Məmmədovun fəaliyyət prinsipində həmişə gözlənilmişdir...
İctimai xadim – Azərbaycanın ləyaqətli vətəndaşı, Azər Məmmədov.
Rəhbər kimi, məsul şəxs kimi bir nümunədir. Onun nümunəsindən hər kəs nümunə götürməlidir. O, yazının əvvəlində qeyd olunduğu kimi vicdanının səsi ilə, diktəsi ilə yaşayan şəxsiyyətlərdəndir.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Azər müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Azər müəllimin böyük genetik irsin varisidir. Azər müəllimin uğurları bir vəzifə sahibi olaraq Azərbaycan iqtisadiyyatında özünəməxsus töhfəsini vermişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Azər müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Vüqar Əsədov
Araşdırmaçı-jurnalist























































