Menu
Xəbər Lenti
ƏBƏDİYAŞAR ULU ÖNDƏR
3-05-2024, 10:24

ƏBƏDİYAŞAR ULU ÖNDƏR

29 Ağu 15:55Manşet / Gündəm

İşinin peşəkarı və saf əqidəli insan

 

Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini və Penitensiar Xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidov olacaqdır.

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.

Mirsaleh müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.

Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Mirsaleh müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Penitensiar Xidmətin rəisi  Mirsaleh Seyidov böyük genetik irsin varisidir. Mirsaleh müəllimin uğurları bir rütbə daşıyan zabit olaraq Azərbaycan ədliyyəsinə  özünəməxsus töhfəsini vermişdir. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Mirsaleh müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq. 

Qısa Arayış: Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib.

1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlamış, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.

2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.

2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.

2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2018-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ədliyyə polkovnikidir.

Ailəlidir, 2 övladı var.

 

 

Hazırladı: Vüqar Əsədov