“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Professional əməliyyatçı Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edildi
Ədliyyə polkovniki Mirsaleh Seyidov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Ədliyyə Nazirinin müavini-Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib. Bu təyinat Penitensiar xidmətin bütün əməkdaşlarının alqış və sevincinə səbəb oldu. Vaxtı ilə Penitensiar xidmətdə qulluq etmiş, hal-hazırda təqaüddə olan əməkdaşlar bu günlər biri-birilərinə zəng edirlər, sevinclərini bölüşürlər.
Ədliyyə polkovniki Mirsaleh Seyidov 25 ildir ki, Penitensiar xidmətdə qulluq edir. O, leytenant rütbəsindən başlayaraq polkovnik rütbəsinədək ən müxtəlif zabit vəzifələrində xidmət edib. O, bir şəxsiyyət kimi savadlı, xeyirxah, mədəni zabitdir. Onun fenomenal bacarığı, əməliyyat şəraitini incəliklərinə qədər zərgər dəqiqliyi ilə biliyi, istər xidmət etdiyi sahədə, istərsə də dövlətimizdə sabitliyin qorunmasında böyük əməyi var. Gündəlik gərgin xidməti belədir ki, sıravi əməkdaşlardan başlayaraq ən yüksək rütbəli və vəzifəli əməkdaşlara qədər günün hər vaxtı o, hamı üçün əlçatan vəzifəli şəxsdir. Cinayətkarlıqla mübarizədə ədliyyə polkovniki Mirsaleh Seyidovun müstəsna xidmətləri var. 2020-ci ilin 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşən Müzəffər Ordumuza ədliyyə polkovniki Mirsaleh Seyidov şəxsən özü və ən yaxın dostlarını səfər edərək böyük yardım kampaniyası təşkil etmişdir. Ordumuzun ehtiyacı olan ən zəruri vasitələrlə təmin olunmasında çox fəal iştirak etmişdir. Şəhid ailələrinə, Qazilərə, Müharibə veteranlarına gündəlik qayğı və diqqət göstərmək ədliyyə polkovniki Mirsaleh Seyidovun böyük nəslinin bu gün də davam edən ənənəsidir, əqidəsidir, amalıdır.
Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə Şəhid ailələri, Qazilər, veteranlar adından ədliyyə polkovniki Mirsaleh Seyidovu Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin etdiyinə görə sonsuz təşəkkürümüzü bildiririk.
“Azərbaycan bayrağı” ordenli,
müharibə veteranı
polkovnik Elmar Hüseynov























































