Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Polşa Almaniyanın bu hərəkətinə cavab verəcək
Polşa Almaniya hakimiyyətinin iki ölkə sərhədində nəzarəti uzatmaq qərarına etiraz edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski brifinqdə məlumat verib.
“Almaniyanın bütün qonşuları ilə sərhəd nəzarəti tətbiq etməsi Şengen zonasının faydalarını sarsıdır. Biz bu qərarı qəbul etmirik. Polşa tərəfi hələ də buna necə cavab verəcəyini düşünür”, - deyə o qeyd edib.
Sikorski istisna etməyib ki, ölkənin Baş naziri Donald Tusk oktyabrın 12-də Polşa tərəfdən cavab tədbirləri elan edə bilər.
Qeyd edək ki, sentyabrın 9-da Almaniyanın daxili işlər naziri Nensi Fezer qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə ölkənin bütün quru sərhədlərində müvəqqəti nəzarətin tətbiqinə dair göstəriş verib.























































