Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
JURNALİSTİKADA ONUN DA İZİ VAR
Hər kəs həyatda Uca Tanrının bəxş etdiyi bir ömrü yaşayır. Kimisi öz əməlləri ilə, yaşadığı həyat tərzi ilə həm həyatı mənalandırır, həm başqalarına örnək olur. Qələminə, şəxsiyyətinə hörmət ebəslədiyim jurnalist həmkarım Zahid Həbiboğlu (Səmədov) da belə insanlardandır.
Zahid Həbiboğlunun mətbuatımızda xidmətləri yetərincədir. Bu sahədə onun özünəməxsus dəsti-xətti vardır. Daha çox ictimai əhəmiyyət kəsb edən mövzulara müraciət edən Z.Həbiboğlu üzlərlə analitik təhlilli və araşdırma yazıların müəllifidir. Onun qələmə aldığı yazıları həm qəzet və jurnallarda, həm də sosial şəbəkələrdə yetırincə yayımlanıb.
Zahid müəllim cox istedadlı jurnalistdir. Araşdırmaları qərəzsiz və obyektivdir, onların hər biri fakta söykənir. O, jurnalistika sahəsi ilə bağli bir cox tədbirlərin iştirakçısı olmuş, dəfələrlə müxtəlif qurumların, qeyri-hökumət təşkilatlarının sertifikatları, diplomları, fəxri fərmanları ilə təltif olunmuşdur.
Onu da deyim ki, Zahid müəllim həm də dostcanlıdır. Xoş rəftarı, səmimiyyəti ilə hamımızın yanında hörmət və izzət qazanıb.
Jurnalistikada özünəməxsus izi olan Zahid Həbiboğlu Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Xeber24.media" saytının təsisçisi və redaktorudur.
Doğum günü münasibətilə qələm dostumuzu və həmkarımızı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!
Şamil CƏFƏRLİ,
AJB- nin üzvü, Uluses.az-ın təsisçisi və baş redaktoru























































