Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
AHİK sədri Sahib Məmmədov Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib
Əmək qabiliyyətinin yüksəlməsinə, iş prosesində keyfiyyətin və məhsuldarlığın artmasına rəvac verən işçilərin sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, istirahətlərinin səmərəli və mənalı təşkili əmək hüquqlarının müdafiəsi çərçivəsində həmkarlar ittifaqlarının fəaliyyətinin prioritet istiqamətidir. Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən ittifaq üzvlərinin müalicəsinin təşkili və məzuniyyət dövründə rahat dincəlmələri üçün daha müasir və effektiv şəraitin yaradılması, beynəlxalq təcrübənin mütərəqqi cəhətlərinin tətbiqi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.
AHİK sədri Sahib Məmmədov bu məqsədlə Konfederasiyaya, həmçinin üzv və tabe təşkilatlara məxsus ölkəmizin səfalı guşələrində yerləşən sanatoriya-kurort müəssisələri və istirahət mərkəzlərinə baş çəkir, mövcud vəziyyətlə maraqlanır, müalicə və istirahət şəraiti ilə tanış olur.
AHİK sədri bu dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən istirahət mərkəzlərinə baxış keçirib.
Qusar rayonunda AHİK-in üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəfa” İstirahət Mərkəzinə gələn Konfederasiya sədri ərazini gəzib, yaşayış otaqlarına, yeməkxanaya, ərzaq anbarına baş çəkib və şəraitlə yaxından tanış olub.
Sonra AHİK-in tabe təşkilatı Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə baxış keçirilib, mövcud şərait öyrənilib.
Mədəniyyət işçiləri üçün inşası davam edən istirahət mərkəzində olan AHİK sədri burada görülən işlərlə tanış olub. Bildirilib ki, 2,8 hektar ərazini əhatə edən istirahət mərkəzində kotteclər, yaşayış korpusu və inzibati bina tikiləcək. Həmçinin dincələnlərin istirahətinin mənalı təşkili üçün geniş park salınır, idman zalı və meydançaların tikilməsi nəzərdə tutulur.
Növbəti baxış AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət” İstirahət Mərkəzində həyata keçirilib. Məlumat verilib ki, 2010-cu ildə inşa olunan istirahət mərkəzində kotteclər və istirahət korpusları, idman meydançaları, hovuz, park qonaqların istifadəsindədir. Mərkəzdə eyni vaxtda 98 nəfər, mövsüm ərzində isə 1000 nəfərdən artıq insanın istirahət etməsi üçün şərait var. Bildirilib ki, mərkəzin ərazisində həmçinin meyvə bağı salınıb.
Dəmiryolçuların “Lokomotiv” İstirahət Mərkəzi ilə də tanış olan AHİK sədri ardınca Konfederasiyanın üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” İstirahət Mərkəzinə gəlib. Məlumat verilib ki, 2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir. Buraya üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir.
AHİK sədri istirahət mərkəzlərinə baxış keçirərkən obyektlərdə texniki təhlükəsizlik qaydalarına riayət olunması, xidmət səviyyəsinin yüksəldilməsi və istirahət edənlərin buradan məmnun ayrılması üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Ahik.org






































































