Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Sual və NİDA...
Nöqtə və nida... İkisi də durğu işarəsidir. Təkrar etməkdə fayda var - biri danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsidir, digəri isə cümlənin bitdiyini bildirir.
Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan 2019-cu il avqustunda işğalda olan Şuşaya səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” demişdi.
Həmin tarixdən üç ay sonra isə Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxış edib “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək, Paşinyanın bu sərsəmləməsini cavablamışdı.
Bu cavab təkcə siyasət yox, həm də döyüş meydanında verildi. Cəmi 44 günə nöqtə dönüb oldu vergül, nida isə əzəmətini olduğu kimi saxladı.
Elə Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında çəkilən bu foto kimi...

Paşinyan durğunluq içərisində əsl durğu işarəsitək dayanıb. Nöqtənin üstündən boylanan sual işarəsi kimi. Bizim isə “Qarabağ Azərbaycandır”ın sonunda və arxasında böyük bir NİDAmız var!
Emin Səfərov























































