Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
İsrail prezidentindən çağırış
İsrail Prezidenti İsxak Hersoq Yaxın Şərqdəki siyasi qüvvələri İrana qarşı birləşməyə və radikallara qarşı mübarizə aparmaq üçün NATO kimi ittifaq yaratmağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Al Arabiya”ya müsahibəsində deyib.
“Əgər müqavimət göstərə və birlikdə hərəkət edə bilsək, əlbəttə ki, daha yaxşı gələcək üçün NATO kimi strukturun yaradılmasına ümid edə bilərik”, - deyə Hersoq bildirib.
İsrail prezidenti regionun sakinlərinə və siyasi qüvvələrinə, xüsusən də İran və Livan xalqına müraciət edərək, Tehranın qarşısını almağa çağırıb.
O, İranı Yaxın Şərqin təhlükəsizliyinə real təhlükə adlandırıb. Hersoq İsrailin Tehrana qarşı cavab planının nəzərdən keçirildiyini xatırladıb, lakin mümkün cavabın formatını və ya vaxtını açıqlamayıb.























































