Xəbər Lenti
29-08-2026, 14:00
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
27-08-2026, 15:33
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
27-08-2026, 13:31
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
Mbappe milliyə çağırılmadı
Fransa Futbol Federasiyası Millətlər Liqasının bu ay keçiriləcək oyunlarında iştirak etmək üçün Fransa millisinə çağırılan futbolçuların siyahısını açıqlayıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe sentyabrın sonunda aldığı əzələ zədəsi səbəbindən siyahıya daxil edilməyib.
Fransa millisi səfərdə iki oyun keçirəcək. “Xoruzlar” İsrail (10 oktyabr) və Belçika (14 oktyabr) yığmaları ilə qarşılacaq.
Qeyd edək ki, bu mövsüm Mbappe bütün turnirlərdə klub səviyyəsində 9 matçda iştirak edib, o, 7 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.























































