Menu
Xəbər Lenti
Tənha günlərim
Dünən, 19:56

Tənha günlərim

GÜLÜB KEÇDİM...
Dünən, 17:01

GÜLÜB KEÇDİM...

Bu ərazilərdə leysan var
20-07-2026, 11:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 11:42

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

03 Oktyabr 2024 06:37Manşet / Siyasət

“Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb”

 

“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində bildirilib.

İ.Əliyev müraciətində torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlardan söz açıb.

Prezident qeyd edib ki, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıblar.