Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Səhnənin inkişafına xidmət edən rəhbər – Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev
Azərbaycan Ordusunun Şərəf Günü: YAP Səbail rayon təşkilatı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Gününü təntənə ilə qeyd etdi
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
İçərişəhərə yalnız onlar maşınla daxil ola biləcək
“AYNA tərəfindən İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AYNA sədri Anar Rzayev “Report”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, mütəxəssislər bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər: “Təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib.
İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur”.
AYNA rəhbəri vurğulayıb ki, təkliflər qəbul edilərək tətbiq edilsə, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək: “Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının turistlər arasında populyar olan bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirilərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq. Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək.
Turizm aspektindən danışsaq, Əziz Əliyev küçəsinin piyada zonasına çevrilməsi və İçərişəhərin sakinlərin avtomobilləri istisna olmaqla nəqliyyat vasitələri üçün bağlanması turistlərin marağını artıracaq, ziyarətçi axınının çoxalmasına əlverişli şərait yaradacaq.
Təsəvvür edin ki, beləliklə, Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaranacaq. İlk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağının ətrafında həyata keçirilib, hazırda isə bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir”.






















































