Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Namizəd dəstəklənmədi - Ali Məclisə sədr seçə bilmədilər - Fotolar
Xəbər verdiyimiz kimi, sentyabrın 26-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ilk iclası Ali Məclisin ən qocaman deputatı Ramiz Məmmədov aparıb.
İclasda Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb.
Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.
Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.
Deputatlar təkliflər irəli sürüb.
Qeyd edək ki, səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Ali Məclis sədrinin I müavini, Abdullayev Arzu Kamal oğlu Ali Məclis sədrinin müavini seçilib.
Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.

























































