Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Azad Məcidov hakimliklə vidalaşır
Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi Azad Məcidov yaxında hakimlik karyerasını bitirəcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dekabrda 65 yaşı tamam olacaq hakimin icraatına yeni iş verilməsinə stop qoyulub.
O, yarımçıq qalan son bir neçə cinayət işinin hökmünü elan etdikdən sonra təqaüdə göndəriləcək.

Qeyd edək ki, o, hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.
Azad Məcidov 15 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. O, bu illər ərzində ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, “Bravo” hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Hazırda sözügedən hakim ölkə gündəmində müzakirə edilən talassemiyalı uşaqlar üçün ayrılmış pulları ələ keçirən qadınların işinə baxır.
Məhkəmə proseslərindəki çıxışları ilə də yadda qalan hakimin sitatları mütəmadi olaraq xəbər başlıqlarına çevrilib.























































