Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Metroda yenə problem yarandı - Qatarlar gecikdi
“Dərnəgül” - “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Elmlər Akademiyası” stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq yaranması ehtimalı olduğu üçün maşinist qapıya baxış keçirib. Lakin “Bakı Metropoliteni”nin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar elektrik deposuna yola salınıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Əvəzinə ehtiyat qatar verilib və bunun nəticəsində iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yubanma yaranıb”, - deyə o əlavə edib.























































