Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
29-08-2026, 14:00
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
27-08-2026, 15:33
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Yeniyetmə qızdan şantajla 8400 manat aldı - Tutuldu
Bakıda yeniyetmə qızdan hədə-qorxu ilə pul tələb edən şəxs tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər RPİ-nin keçirdiyi tədbirlərlə yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gələrək pul vəsatini ələ keçirməkdə təqsirli bilinən Toğrul İsmiyev saxlanılıb.
Müəyyən edilib ki, T.İsmiyev instagramda tanış olduğu həmin şəxsin fotoşəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, müxtəlif vaxtlarda zərərçəkəndən ümumilikdə 8 400 manat alıb.
Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.























































