Xəbər Lenti
Bugün, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
Bugün, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Dünən, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
18-09-2026, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 20:05
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
17-09-2026, 13:07
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
16-09-2026, 16:32
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
Rus maşınından Çin avtomobilinə niyə keçdik? - Ekspert səbəbləri açıqladı
"Rusiya istehsalı olan avtomobillərin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ehtiyat hissələri tapılmır. Orjinal Rusiya ehtiyat hissələri tapmaq çətindir".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyat eksperti Aslan Əsədov maşın bazarında Rusiya istehsalı olan avtomobillərə tələbatın az olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu gün əsasən bazarda Çin istehsalı olan avtomobillər üstünlük təşkil edir:
"Vətəndaş fikirləşir ki, əgər Rusiya istehsalı olan avtomobil alsa, problem yarananda onun ehtiyat hissələrini tapa bilməyəcək. Ona görə də bir az da xərc çəkib normal avtomobil alırlar. Bu, əsas səbəblərdən biridir. Avtomobillərin ehtiyat hissələrinin əksəriyyəti keyfiyyətsizdir, alınan hissələr heç bir il də davamlı olmur. İkinci səbəb Rusiya istehsalı olan avtomobillərin yanacaq fərqidir. Rusiya avtomobillərinə ancaq bölgələrdə maraq qalıb. Bu avtomobilləri ancaq büdcəsi kiçik olan şəxslər alır".

Aslan Əsədov əlavə edib ki, ehtiyat hissələri ilə bağlı yaranan problemlər insanları Rusiya istehsalı olan avtomobillərdən uzaqlaşdırır:
"Əvvəl alınan detal bir il işləyirdisə, bu gün onlar üç ay da davam gətirmir. Maşın ehtiyat hissələri çox keyfiyyətsizdir. Azərbaycana əsasən Çin istehsalı olan keyfiyyətsiz hissələr gətirilir. Düzdür, Çinin də keyfiyyətli məhsulları var, amma onları bizə gətirən azdır".
Aslan Əsədov bu gün maşın bazarında ən ucuz avtomobillərin qiymətini açıqlayıb:
"Bazarda 4-5 minə Rusiya istehsalı olan avtomobil almaq olar".
Qeyd edək ki, avtomobil bazarlarında aylardır durğunluq yaşanır. Ən əsası bazarda Rusiya istehsalı olan avtomobillərə maraq da azalıb.
Bahar Rüstəmli























































