Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
AHİK sədri Sahib Məmmədov sanatoriyalara baxış keçirib
Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov AHİK-in sanatoriyalarına baş çəkib, ittifaq üzvlərinin müalicəsi üçün yaradılmış şəraitlə tanış olub.
Öncə “Şıx” sanatoriyasına gələn Konfederasiya sədri ərazini gəzib, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib.
















Bildirilib ki, dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən sanatoriyada hər cür müasir şəraitli bir və ikinəfərlik nömrələr var. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada xəstəlik tarixi, müalicə kabinetlərinin fəaliyyəti, mühasibatlıq və yeməkxana pilot layihə olan mərkəzləşmiş smart sistemə qoşulub. Xidmətlərə kükürdlü su vannaları, naftalan terapiyası və parafin terapiyası daxildir. Burada İsrail, Rusiya, Belarus, Qazaxıstan, Almaniya, Polşa, Danimarka və digər ölkələrdən gələn qonaqlar da müalicə alırlar.
Sonra AHİK sədri Sahib Məmmədov “Abşeron” mədə-bağırsaq sanatoriyasında və eyni məkanda yerləşən “Miras” istirahət mərkəzində olub, pasiyentlərin müalicə şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. “Miras” istirahət mərkəzində də üzgüçülük hovuzu, masaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır.
Konfederasiya sədri Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” nevroloji sanatoriyasına da baxış keçirib, buradakı vəziyyətlə tanış olub.
Bildirilib ki, sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün “Günəşli” sanatoriyası olduqca əlverişlidir. Sanatoriyada yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə mövcuddur. Dəniz vannaları və açıq səma altında yuxu sinir sisteminin bərpası və güclənməsinə ən çox təsir göstərən müalicə üsulları arasındadır.
AHİK sədri Sahib Məmmədov “Qaranquş” uroloji sanatoriyasında da olub. Sədrə məlumat verilib ki, 1979-cu ildən fəaliyyət göstərən sanatoriyada Çıraqqala təbii mənbəyinin müalicəvi mineral suyu sidik-tənasül sistemi xəstəliklərinin müvəffəqiyyətli müalicəsinə zəmin yaradır. Həmçinin pasiyentlər təbii müalicəvi palçıq və mineral yod-bromlu su ilə müalicə olunurlar.
Buzovna qəsəbəsində yerləşən AHİK-in “Şəki” istirahət mərkəzinə gələn Sahib Məmmədov burada da əraziyə, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.
Sonda Konfederasiya sədri “Bilgəh” kardioloji sanatoriyasına gəlib və ona bildirilib ki, burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərir.
AHİK sədri Sahib Məmmədov sanatoriyalarda olarkən müalicə alanlarla da görüşüb, vəziyyətləri ilə maraqlanıb, rəy və təkliflərini dinləyib. Bildirib ki, üzvlərinin sağlamlıqlarının qorunması, istirahətlərinin səmərəli təşkili həmkarlar ittifaqlarının əsas vəzifələrindən biridir. Onun sözlərinə görə, ildən-ilə sanatoriyaların maddi-texniki bazası gücləndirilir, müasir tibbi avadanlıqlarla təchiz edilir, eyni zamanda təmir işləri aparılaraq yeni dövrün tələblərinə uyğunlaşdırılır.
AHİK sədri həmçinin göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, sanitar və texniki təhlükəsizlik qaydalarına əməl olunması və ərazilərin yaşıllaşdırılmasının vacibliyi barədə sanatoriyaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.
Fərid Səfərov
"Xezertv.info" və "Zeferyolu.az"-ın rəhbəri AJB-nin üzvü






















































