Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Onlar Bakıda bir araya gələcək - “Mayot. Ölüm adası” təqdim olunacaq
2-3 sentyabr tarixlərində Bakı şəhəri növbəti dəfə müstəqillik uğrunda mübarizə aparan xalqlara qucaq açacaq, Müstəmləkəçilikdən Azad Dünyanın diqqət mərkəzinə çevriləcək.
Bu dəfə Fransanın neokolonial siyasətindən əziyyət çəkən müstəqil Qəmər Adaları İttifaqı dövləti, habelə Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarının tərkib hissəsi olan Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrinin nümayəndələri qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri Bakıda bir araya gələcək.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində qonaqlar bir sıra ikitərəfli görüşlər keçirəcək, həmçinin Nizami Kino Mərkəzində Qəmər Adaları İttifaqının Mayot adasına həsr edilmiş “Mayot. Ölüm adası” adlı qısametrajlı filmin nümayişində iştirak edəcək.
Tədbirdə Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov, filmin hazırlanmasında iştirak etmiş “CBC TV” kanalının nümayəndəsi, eləcə də qonaqlar çıxış edəcəklər.
Qeyd edək ki, “Mayot. Ölüm adası” qısametrajlı filmdə Qəmər Arxipelaqının çağdaş dövrdə üzləşdiyi çağırışlar və işğalın nəticələrindən bəhs edilir. Fransanın işğal etdiyi Mayot adasında yoxsulluq səviyyəsində yaşayan yerli sakinlərlə Fransadan buraya köçürülmüş zəngin fransızlar arasında həyat seəviyyəsinin fərqi filimdə aydın şəkildə göstərilib.























































