Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
Ürəklərə həzin səsi ilə yol tapan xanəndə...
ƏFLATUN QUBADOV MUĞAM SƏNƏTİMİZİN TARİXİNDƏ ÖZÜNƏMƏXSUS YERİ VAR
Azərbaycanda tarix boyu muğam sənətinin inkişafında xanəndəlik məktəbinin müstəsna rolu olub.
Muğam ifaçılığı dəsti-xəttini layiqincə təcəssüm etdirən sənətkarlardan biri də dəyərli xanəndə Əflatun Qubadovdu. Əflatun Qubadovun səsindəki məlahət, şirinlik hər xanəndəyə nəsib deyil. Ancaq təbii ki, peşəkar, meydangir xanəndə olmaq üçün məlahətli səs bəs eləmir. Əflatun Qubadovu dövrümüzdə fərqləndirib üzə çıxaran ən ümdə xüsusiyyəti onun səsinin musiqi alətlərinə uyğunlaşmasıdı. O, həm zildə, həm də bəmdə rahat ifa edə bilir, zənguləli səsi zildə qəti yorulmur. Oxu tərzi bütün xanəndələrdən fərqlənən Əflatun Qubadov bəzən səhnəsində mikrofonlardan imtina edən sənətkarlardan biri idi. Tanrı ona sənətdə hərtərəfli xoşbəxtlik bəxş etmişdi: Xalqın sevgisini qazanan, sevilən xanəndədi.
Əflatun Qubadovun səsinin diapazonu çox genişdi. Maraqlı məqam odur ki, onun ifasında zil guşələrdə də qəzəl aydın başa düşülürdü.
Əflatun Qubadov həmişə cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləmişdir. Doğma Qarabağımızı erməni faşistlərindən azad olunan dövrdə də ordu-xalq, xalq-ordu birliyini əsas bilərək hər zaman ordumuza, əsgər və zabitlərimizə maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Əflatun müəllim rl şənlikləri ilə yanaşı dövlət tədbirlərində və xüsusi əhəmiyyətli günlərdə öz vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirən eloğullarımızdan biridir. Əflatun Qubadov həmişə şəhid ailələri, Vətən müharibəsi əlillərinə, kimsəsiz və ahıl insanlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Azərbaycan musiqisində öz dəsti xətti ilə seçilən, xalqın sevimlisi Əflatun Qubadova uzun ömür, can-sağlığı, işlərinfə müvəffəqiyyətlər arzulayırıq.
Hazırladı: Səxavət Yazar
Araşdırmaçı jurnalist






















































