Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İcra başçısı inzibati resurslardan istifadə etməklə ölkədə gedən demokratikləşmə prosesinə maneçilik törədir
İcra başçısı inzibati resurslardan istifadə etməklə ölkədə gedən demokratikləşmə prosesinə maneçilik törədir. İnsanların iş
yerlərindən və gəlir yerlərini itirmək qorxusundan istifadə etməklə özünə xeyir edən namizəd Heydər Əsədovu deputat seçmək istəyir. Azərbaycan dövlətinin verdiyi səlahiyyətlərdən istifadə edərək seçkinin azad, ədalətli keçirilməsinə mane olur. Şirvan şəhər icra hakimiyyətinin başçısı büdcədən maliyyələşən təşkilatlara, tibb işçilərinə, yol idarəsi işçilərinə, məktəb direktorlarına tapşırıb ki, 51 saylı Şirvan seçki dairəsində heç bir namizədin təşviqatına getməsinlər və özünün yaxın dostu və yerlisi bu dairədən deputatlığa namizəd olan Heydər Əsədovu dəstəkləsinlər. Şirvan şəhərində məktəb direktorları və səhiyyənin rəhbərliyi məcburi olaraq işçiləri Heydər Əsədovla görüşə çağırıblar və görüş təşkil etdiriblər.
Hətta icra başçısının müavini “onbaşı”, “yüzbaşı” formalaşdırmaqla məşğuldur.
İnanıram ki, Respublika üzrə təyin olunmuş Müşahidəçilər sayəsində Dairə üzrə törədilə biləcək kütləvi saxtakarlıqların ciddi qanun pozuntularının qarşısını yüksək səviyyədə alacağıq. Məntəqələrdə bülletenlərin müşahidəçilərin iştirakı ilə sayılması prinsipinin pozulmasının hətta məntəqələrin idarə, müəssisə, təşkilat rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri, məktəb direktorları və digər vəzifəli şəxslər tərəfindən nəzarətə götürülməsinin qarşısını alacağıq. Seçicilərin azad səsvermə hüququna birbaşa müdaxilə edilməsinin yəni məntəqələrdə seçicilərdən şəxsiyyət vərəqələrinin nömrələri qanunsuz olaraq qabaqcadan götürülərək, həmin nömrələr əsasında seçki bülletenləri tapşırıq almış şəxslər tərəfindən qeydiyyat kitabında saxta daxil olunaraq müvafiq qeydlər edilməsinin beləliklə, dairənin əhatəsində olan hər bir məntəqədə 200-300 civarında bülleten YAP-ın namizədi Heydər Əsədovun xeyrinə işarələnərək seçki qutularına atılmasının və bu yolla onun səslərinin şişirdilməsinə mane olacağıq.
aztimes.az






















































