Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Mərhəmət və xeyirxahlıq ünvanı
Şəmkir rayon 1 saylı notariat ofisi. Xüsusi notariusu Qurbanov Siyavuş Heydər oğlu:
Son 20 ilin təcrübəsi Prezident İlham Əliyevin Öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək prinsipi əsasında qurduğunu əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlər edir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Dövlətimizin başçısı öz vəzifəsini belə müəyyənləşdirib: “ Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.
Azərbaycanda həm də insanlarda yüksək vətəndaş məmnunluğu yaradan gözəl ənənə formalaşıb: Prezident İlham Əliyev regionlara səfərlərini, ictimaiyyət nümayəndələri ilə görüşlərini bir qayda olaraq Mehriban xanım Əliyeva ilə birlikdə reallaşdırır. Dövlət başçısının müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq dövlət həmişə öz vətəndaşının yanında olur, onun üzləşdiyi problemlərin aradan qaldırılmasına lazımi dəstək göstərir. Bu da, təbii ki, vətəndaşlarda güclü Azərbaycan dövlətinə böyük inam yaradır. Xatırlayırıq, bir neçə il bundan əvvəl respublikamızın Ağsu, Şamaxı, İsmayıllı rayonlarında zəlzələlər baş verdi. İnsanlar təbii fəlakətdən ziyan çəkmişdilər, onlarla ailə evsiz-eşiksiz qalmışdı. Həmin çətin günlərdə Prezident İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birlikdə təbii fəlakət baş verən bölgələrə gəlmələri insanlara böyük mənəvi dayaq oldu. İnsanlar sarsılmadılar və çətinliklərin müvəqqəti olduğuna inandılar. Təsadüfi deyil ki, bəhs olunan səfərləri çərçivəsində keçirilən görüşlərdə insanlar çətin günlərdə onlara dayaq duran Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya özlərinin dərin minnətdarlıqlarını ifadə ediblər. Görüşlərdə müxtəlif sosial təbəqələri əhatə edən insanların “Biz Sizi gözləyirdik” demələri olduqca təsirli və ibrətamiz məqamlar idi. Bu, onu göstərir ki, Azərbaycan iqtidarı məqsədyönlü fəaliyyət sayəsində cəmiyyətin böyük etimadını qazanıb. Çətinə düşən insanlar heç kimdən yox, məhz öz dövlətindən və inandığı, ümid bəslədiyi Prezidentindən, birinci xanımdan umur, kömək gözləyir. Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsi də məhz bu amildir - iqtidar-xalq həmrəyliyidir. Heç bir güc, kənar təsir bu sarsılmaz vəhdəti pozmaq və yaxud ona hansısa bir formada xələl gətirmək iqtidarında deyil.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ailə bayramlarını ənənəvi olaraq qaçqın və məcburi köçkünlərlə qeyd etmələri də Azərbaycan cəmiyyətində minnətdarlıqla xatırlanır. Yurd yerlərini, illər bounca qurduğu ev-eşiyini itirmək hər kəs üçün çox ağırdır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, O, ad günlərini, yubileylərini təntənəli şəkildə qeyd etməkdən uzaqdır. Bu, Azərbaycanın dövlət başçısına xas olan sadəliyin və təvəzökarlığın göstəricisidir. Ancaq Prezidentin Onun üçün əlamətdar günləri xanımı ilə birlikdə qaçqınlar və məcburi köçkünlərlə bir yerdə qeyd etməsi xüsusi məna daşıyır.
Mehriban xanım Əliyevanın xeyirxahlığı Azərbaycanın dövlətinin humanizm prinsipinə əsaslanan siyasətini daha da zənginləşdirir. Azərbaycan cəmiyyəti onun timsalında zərif və xeyirxah Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görür. Mehriban xanım Əliyeva bayramlarda bir qayda olaraq xüsusi qruplardan olan uşaqların əhatəsində olur, onlar üçün klounların, sevilən müğənnilərin iştirakı ilə şənliklər təşkil edir, internat məktəblərinə baş çəkir, səhiyyə ocaqlarına gələrək daun sindromlu, talassemiyalı xəstələri yoluxur. Onun ana nəvazişinə həsrət qalan uşaqlar üçün tort bişirib hədiyyə etdiyi də minnədarlıq hissi ilə xatırlanır. İndiyədək Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib. Bütövlükdə, bu binalarda 365 gənc hər cür rahatlığı olan mənzillərlə təmin olunub.
Hər bir insanın yaşadığı ömür onun öz taleyinin və öz fəaliyyətinin çalarları ilə dolu gizli salnamədir. Əlbəttə ki, insan toplum halda bir bəşərdir, onun yaşadığı həyatın hamı üçün eyni və ya oxşar olması da mümkünsüzdür. Lakin elə insanlar var ki, onlar bütün bəşər üçün qürur yeridir.
Səmimi etiraf edək ki, həyat və fəaliyyətindəki mənəvi dəyərləri, davranış qaydalarını, maddi-mənəvi prosesləri hamı üçün eyni miqdarda xərcləməyi bacaran, insanlara olan vətəndaş sevgisini özünün yaşadığı mühit və mədəniyyət kimi qəbul edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məhz bütün bəşər insanının dəyər verdiyi, ehtiram göstərdiyi ali şəxsiyyətdir.
Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətində aparıcı rol oynayan əsas amil insanlıqdır və bu, onun ictimai-estetik zövqünü, bir sözlə milli simasını, mənliyini fərqləndirir, gördüyü işin bir hissəsi kimi təqdir olunur. Mehriban Əliyeva kimi insanların xeyirxahlıqları özünü xüsusilə parlaq şəkildə büruzə verir. Bu imkanları biz onun dövlətçilik işindəki uğurlu fəaliyyəti ilə də isbat edə bilərik.
Fərqli insanlar haqqında yazı hazırlayarkən dəfələrlə demişik ki, ömür imtahanından alnıaçıq, üzüağ çıxmaq hər kəsə nəsib olmur. Bu, əslində, böyük xoşbəxtlikdir. O insan ki, Tanrı sevgisində təcəlla edir, o, aləmdə yüksəlişə nail olur. Ömür və həyat yolu adidən mürəkkəbə istiqamət götürən, xalqımızın istedadlı, dəyanətli, mətin, xeyirxah və sadə, qayğıkeş və mehriban övladı Mehriban Əliyeva zəruri xoşbəxtliyə daha çox layiqdir. Çünki o, bütün ömrünü özündən daha çox xalqa, dövlətçiliyə həsr edir. Bu fəaliyyəti onun Allah yanında üzüağ olmağı üçün kifayət edir. Ümumiyyətlə, Mehriban Əliyevanın həyata baxışında, həmçinin ictimai-siyasi fəaliyyətində vətəndaş amalı, torpağa bağlılıq, xalqa sevgi, dövlətə məhəbbət hissi çox güclüdür. Sual oluna bilər: Bəs Mehriban xanımı bu zərurətə sövq edən nədir? O, nə üçün özündən çox xalqı düşünür, ömrünü bu xalq üçün əridir? Biz mənbələrdən oxumuşuq ki, tarixdə Mehriban Əliyeva kimi bir çox qadın hökmdar, bir çox qadın sərkərdə olub. Onlar da xalq və dövlət, torpaq və Vətən uğrunda böyük fədakarlıqlar göstərib, insana xüsusi dəyər veriblər. Mehriban Əliyevanın da vətəndaş əzmində o tarixi köklərin dərinlikləri, oradan püskürüb gələn insani hislər var. Buna görə Mehriban Əliyeva Azərbaycan vətəndaşına böyük dəyər və xüsusi önəm verir, onu dövlətçilik işində ən mühüm vasitə sanır. Bütün bunlar da Mehriban Əliyevanın timsalında bir şəxsiyyət surəti yaradır, bu həyati zərurətdəki maddi-mənəvi imkan özünün yeni fazası ilə çıxış edir, böyük vətəndaşlıq duyğusu yaradır.
Mehriban Əliyevanın fəaliyyətində yaddaşa təsir gücünü çox aydın sezirik. Onun real zəminə əsaslanan xidmətləri gerçək münasibətdə ehtiva edir. Mehriban Əliyevanın nə vaxtsa mübtəla olduğu tarixi məqamlar, haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizələr indi daha dolğun və rəngarəngdir. Onun hazırkı vətəndaş qayəsi, dövlətçilik gücü diqqəti xüsusilə çəkən cəhətlərdir.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti eyni ürəyin duyğuları ilə süslənir. Onun bu dolğun fəaliyyətində hər əməli addım bir həyat materialıdır. Bu prosesi cild-cild kitaba sığışdırmaq mümkün olmaz. Surətindəki qaynarlıq Mehriban xanımın Vətən hissinə hələ uşaq yaşlarından hopub. Buna görə indiki fəaliyyəti eyni sevgini ifadə edir.
Mehriban Əliyeva heç vaxt öz mərdanəliyini itirməyib. Zəhmətkeşdir, işgüzar insandır, bütün fəaliyyəti boyu xalq ənənəçiliyinə sadiq qalıb, əməllərində Vətən sevgisi sərgiləyib. Azərbaycan ictimai-siyasi mühitinin inkişafında onun danılmaz xidmətləri var.
Biz də hamılıqla səmimi etiraf edirik ki, Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır...
Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycan qadınının hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübut və bütün xalqımız üçün örnəkdir. Mehriban xanım Əliyevanın fəaliyyəti cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurla tamamlayır. Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın fədakarlığı mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə qadınlarımızın haqq işinin önündə getməyə və ən böyük mükafat olan ümümxalq sevgisinə layiq olduğunu sübut edir. Hörmətli Mehriban xanım Əliyeva ad gününüz mübarək!