Menu
Xəbər Lenti
Azərbaycana payız gəlir
18-09-2024, 07:55

Azərbaycana payız gəlir

Ronaldoya yeni baş məşqçi
18-09-2024, 07:02

Ronaldoya yeni baş məşqçi

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

26 Ağu 08:41Manşet / Gündəm

Bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

 

“Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.

Mehriban Əliyeva Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. Sizin təşəbbüsünüzlə həyata keçirilən çoxsaylı layihələr nadirliyi ilə seçilərək, milli-mənəvi ideallara, humanist dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Humanizm, işgüzarlıq, qayğıkeşlik kimi ali keyfiyyətlər üzərində qurulan ictimai-siyasi fəaliyyətiniz Sizin nümunəvi vətənpərvərliyinizin ən bariz sübutudur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcək

Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Ölkənin yaradıcı və elmi potensialının artırılması, uşaq müəssisələrində infrastrukturun inkişafı, ekologiya sahəsində mühüm tədqiqatların dəstəkləməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərin təşkili, dini tolerantlığın bərqərar olması, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verilməsi Sizin fəaliyyətinizdə prioritet məsələlərdəndir.

Xeyriyyəçilik fəaliyyətiniz gələcək nəsillərə nəcib bir yolun əsas istiqamətlərini göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideallarını rəhbər tutaraq həyata keçirdiyniz genişmiqyaslı layihələr Sizi xalqın sevimlisinə çevirib. Fəaliyyətinizdə ən mühüm məqamlardan biri də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlərlə göstərdiyiniz qayğıdır. Bu gün Siz xeyirxahlıq və mərhəmət nümunəsi olaraq valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, məcburi köçkünlərin dayağısınız.

Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur.

Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu ilə hər zaman cəmiyyətdə böyük maraq oyadır. Ağlına, zəkasına, böyük təşkilatçılıq bacarığına görə Mehriban xanımı başqa dövlətlərdə də tanıyır, sevir və rəğbətlə qarşılayırlar. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir.

Çox hörmətli Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım!

Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ:

BEYNƏLXALQ HÜQUQ EKSPERTİ:

İSMAYIL ZALOV