Menu
Xəbər Lenti
NADİR MƏMMƏDLİ - 65
Bugün, 09:19

NADİR MƏMMƏDLİ - 65

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

25 Ağu 10:40Manşet / Gündəm

Müstəqil Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə durmadan artan etimad

 

 

Təhlükəsizlik orqanlarının milliləşməsi Heydər Əliyevin adı ilə bağlıdır.


Milli maraqlarımıza yönələn təhdidlərin qarşısı qətiyyətlə alınır və alınacaq Harda lazımdırsa ordadırlar.


 


"Milli maraqlara yönələn təhdidlərin qarşısı qətiyyətlə alınacaq"


 


 Təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşmış, təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlamışdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Cənab Prezident, ordumuzun ali baş komandanı Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.


 


Ümummilli lider Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi. 


 


Xalqımızın israrlı tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.


 


 


Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proseslərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ABŞ-da 2001-ci ilin məlum 11 sentyabr terror aktları ilə bağlı bəyanatında bildirirdi: «Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan terrorçuluğa qarşı mübarizə aparmış və bu istiqamətdə dünya dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayişə çıxarır ki, bu da nəticə etibarı ilə ölkədə ictimai-siyasi sabitliyin pozulması ilə daxili təhlükəsizliyin təminatı üçün ciddi təhdid təşkil edir».


 


Heydər Əliyevin siyasi kursu Azərbaycanı hüquqi, demokratik, dünyəvi dövlət kimi Avropaya inteqrasiya edir, qloballaşmaya aparır. Müasir, çağdaş sivilizasiyalı yol da qloballaşmadan keçir. MTN-in dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanları ilə terrorçuluğa, narkobiznesə, mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi də bu təhlükənin tamamilə aradan qaldırılmasına xidmət edir. Antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanın qəti və prinsipial mövqeyi, terrorçuluqla mübarizənin konkret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur.


 


 


44 günlük müharibədəki zəfər


 

DTX-nin dövlətimiz qarşısında son 4-5 ildəki xidmətləri daha çox təqdir edilməlidir. Xüsusilə də, 44 günlük Vətən müharibəsində və ondan sonra keçirilən anti-terror əməliyyatlarında Dövlət Təhlükəsizlik Xidməti misilsiz uğurlara imza atdı. Bütün müharibələrdə qələbənin əsas təminatçısı sağlam, dəqiq kəşfiyyat məlumatlarıdır. Məhz İkinci Qarabağ müharibəsinin çox qısa və uğurlu olmasının da əsas səbəblərindən biri qabaqcadan əldə edilən dəqiq və unikal məlumatlar idi. Ona görə də suverenliyimizin bərpasında bu qurumun əvəzolunmaz xidmətləri var. Üstəlik, ölkəmizə qarşı yönələn beynəlxalq təhdid və hərəkətlərin zamanındaca ifşa olunması və qarşısının uğurla alınmasında DTX-nın rolu böyükdür.


 


Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında DTX və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.


 


Azərbaycan gənc dövlət olsa da DTX-nin zəngin ənənələri var. Bu qurum son 3-4 ildə dövlətçilik qarşısında daha böyük xidmətlər göstərib. Həm hazırki rəhbərlik, həm də heyət peşəkardır.Məhz bunun nəticəsidir ki, ölkə daxilində korrupsiyaya, məmur özbaşnalığına qarşı keçirilən peşəkar əməliyyatlar çox uğurlu olub və xalqın dəstəyini qazanıb. Bundan başqa  konstitusiya quruluşunu dəyişmək istəyən qüvvələrə qarşı çox uğurlu mübarizə aparılır. Son bir neçə ildə İranın ölkəmizdəki casus şəbəbkələri bir-birinin ardınca ifşa olunub. Bu çox çətin bir məsələdir. 


 


 


GENERAL-POLKOVNİK ƏLİ NAĞIYEVİN CƏNAB XİDMƏT RƏİSİNİN BU ORQANA RƏHBƏRLİK ETDİYİ MÜDDƏTDƏ DTX XALQ ARASINDA, CƏMİYYƏTDƏ İNSANLARIN ƏN ÇOX İNANDIĞI DÖVLƏT ORQANINA ÇEVRİLDİ


 


Müasir dövrdə ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində DTX-nin rolu böyükdür. Möhtərəm Prezidentin anonsunu verdiyi islahatların fonunda Dövlət Təhlükəsizlik Xidmətinə Əli Nağıyev kimi peşəkar’ın "rəis təyin olunması, bu islahatların hərtərəfli, dərindən aparılacağına bir işarə idi.


 


Son dörd il ərzində DTX-nin fəaliyyətində islahatlar aparılaraq müsbət və peşəkar istiqamətdə yeni bir yanaşmanın ortaya qoyulduğunu görürük. İnsanlar hardasa bir ədalətsizlik, qanun pozuntusu, məmur özbaşınalığı, korrupsiya halları görürsə, o saat orada DTX-nin əməkdaşlarını, xüsusən el arasında qəhrəmana çevrilmiş “qara maskalılar”ı görməyi arzulayırlar. Təbii ki, dövlətə xidmət kimi müqəddəs vəzifə belə icra olunmalıdır. Bu gün DTX, bu orqanın rəhbərinin timsalında pəşəkarlardan formalaşmışdır. Ən əsası odur ki, bu orqanın əməkdaşları öz işini bilirlər. Harda lazımdırsa ordadırlar. DTX əməkdaşlarının işi çətin, məsuliyyətli və eyni zamanda şərəflidir. Keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirilməlidir


 


“Əli Nağıyev uzun müddət  Milli Təhlükəsizlik Nazirliyində çalışmış və nazir müavini vəzifəsinədək yüksəlmişdir. Əli Nağıyev professional və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran bir rəisdir. O, işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır”.


 


Prezident İlham Əliyevin Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət başçısının uğurlu kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir: “Bu, həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir”. tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması bir daha göstərdi ki, kimliyindən asılı olmayaraq qanunları pozan hər bir şəxs öz layiqli cəzasını alacaqdır. Çünki belələri ilk növbədə onlara göstərilən etimadı doğrultmayıblar. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü daxili və xarici siyasət kursu diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da möhkəmləndirdi. 


 


Sirr deyil ki, bu tarixi qələbənin əldə edilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin də xüsusi rolu vardır. Azərbaycan təhlükəsizlik orqanlarının milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, erməni silahlı birləşmələrinə qarşı, hələ birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə vuruşanlardan biri də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları idi. Vətənə sipər oğullar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət və qəhrəmanlıq nümunəsi göstərdilər.


 


Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsində də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Ömrünün 30 ilini təhlükəsizlik orqanlarında dövlətə xidmətə həsr  etmiş bir polkovnik kimi əmin edirəm ki, müharibə dövründə DTX-nin ölkə vətəndaşlarına müraciətləri, erməni terroru barədə xəbərdarlıqları, Qarabağda döyüşən kürd terrorçularının səsini yayması, Livanlı muzdlu-terrorçunun məsuliyyətə cəlb edilməsi və s. DTX-nin fəaliyyətinin cüzi və eyni zamanda vətəndaşlarla paylaşılan açıq hissəsi idi. Unutmayaq ki, DTX əməkdaşları gözəgörünməz cəbhənin insanlarıdır. Əbəs yerə təhlükəsizlik orqanlarına dövlətin onurğa sütunu demirlər. Qısa müddət ərzində orqanı belə qürurverici hala çatdırılmasında birinci Qarabağ müharibəsində iştirak etmiş, vətən oğlu general-polkovnik Əli Nağıyevin fəaliyyəti əvəzsizdir, danılmazdır. Bu yerdə Ulu Öndər Heydər Əliyevin "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun" fikri əsl yerinə düşür.


 


 


Bu şəxs mətbəxi içəridən bilir, əməliyyat müvəkkilindən tutmuş qurumun rəhbərliyinə qədər bütün strukturları keçib. Ona görə də son zamanlar müsbət nəticələrin əldə olunduğunun şahidi oluruq. Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət və dövlətçiliyə olan təhdidlərin qarşısının alınması istiqmətində həyata keçirdiyi əməliyyatları xüsusi qeyd etmək lazımdır. Əli Nağıyev tələb olunan meyarlara tam uyğun gəlir və dörd il ərzində dövlət təhlükəsizliyi, ictimai-siyasi sabitliyin təmin olunması, cinayətkarlıqla qarşı mübarizə sahəsində görülən işlər bunun təsdiqidir.


 


Yüksək peşəkarlığa, eyni zamanda təmiz imicə sahib olan, dövlətə, dövlətçiliyə, ulu öndərin ideyalarına sadiqliyi ilə fərqlənən yüksək səviyyəli generaldır. Bu genaralın təyinatından sonra Kütləvi İnformasiya Vasitələrində yalnız müsbət fikirlər səsləndirildi, ona ünvanlanan gözləntilər önə çəkildi, uğurlar arzulandı. Əli Nağıyev ölkə Prezidentinin ona göstərmiş olduğu etimadı yüksək səviyyədə doğrultmaqda, xalqın rəğbətini qazanmaqdadır. O vəzifəyə təyin edildikdən dərhal sonra əvvəlki müsbət ənənələrə söykənərək öz işini qurub, mənfi xarakter daşıyan, neqativ mahiyyət kəsb edən məqamlara qarşı ciddi iradə nümayiş etdirib, həyata keçirdiyi kadr islahatlarında şəffaflığı, peşəkarlığı və dövlətə sədaqəti əsas meyar kimi götürüb.


 


 


Əli Nağıyev neqativ halların aradan qaldırılması istiqamətində mühüm addımlar atdı və buna nail oldu. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti xüsusi peşəkarlıq nümayiş etdirməkdə, dövlətə sədaqətini ortaya qoymaqdadır.


 


Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında özünün inkişafının və təkmilləşməsinin yeni mərhələsini yaşayır. Xüsusi xidmət orqanları hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz komponentidir. Dövlət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinə yüksək etimad göstərir.


 


“Biz bilirik bizim ətrafımızda nələr baş verir, bilirik və bilməliyik, bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər, həddindən artıq səmərəli işləyirlər, bu qədər deyə bilərəm, bundan artıq deyə bilmərəm...”


 


Son vaxtlar  korrupsiya ilə mübarizə sahəsində Dövlət Təhlükəsizliyi  Xidmətinin fəaliyyətinin bu quruma inamın və etibarın dövlətçilik fonunda təcəssüm etməsinə səbəb olmuş, əslində bu korrupsiya və rüşvətlə mübarizə sahəsində yeni nəfəs, yeni dövlətçi təfəkkürün, vətənə sədaqət və sevginin təzahürüdür.Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu etimadı doğrultmaq, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək üçün əzmlə, yorulmadan çalışır, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir.


 


Cənab Xidmət rəisi ilə ciyin-ciyinə xidmət etmiş, onun torpağa bağlılıq, vətənə məhəbbət, Ali Baş Komandana sədaqət, işində prinspiallıq və peşəkar yanaşma kimi yüksək keyfiyyətlərinə bələd olaraq əminliklə deyirəm, Azərbaycan xalqının, millətinin və dövlətinin təhlükəsizliyi, sabitliyi, suverenliyi  DTX rəisi Əli Nağıyev və onun peşəkar komandası ilə tam etibarlı əllərdədir.


 


Hörmətli general-polkovnikimiz Əli Nağıyevin də bir çox fəaliyyəti  məxfilik qriffi altındadır və onları bəlkə bir özü, bir də Ali Baş Komandanımız bilir. Bununla belə, Əli Nağıyevin DTX rəisi təyin olunduğu gündən indiyədək keçən zaman zərfində həyata keçirdiyi bir çox əməliyyatlar var ki, üzərindən gizlilik pərdəsi qalxıb və biz bu uğurlar barədə yüksək səslə danışa bilərik. Məsələn, bir çox rayonların icra başçılarının korrupsiya və rüşvətxorluq cinayətləri üstündə yaxalanmaları Əli Nağıyevə qədər heç bir xüsusi xidmət orqanlarının rəhbərinə qismət olmayıb. Məhz Əli Nağıyevin 4 il ərzində apardığı uğurlu əməliyyatlar ölkəmizdə kök salmış 5-ci kolonun alt bazasını yox etməklə böyük bir şəbəkənin çökməsinə, ölkə başçısının şəbəkə rəhbərlərini rahatlıqla işdən uzaqlaşdırmasına yol açıb.


 


Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti qarşıya qoyulmuş vəzifələri həyata keçirən şəxsi heyətin saflığına, Vətənə, xalqa və dövlətə sədaqətinə, eyni zamanda peşə, fiziki və döyüş hazırlığına xüsusi önəm verir. İndi yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı başlıca meyarlardır.


 

Dahi rəhbərin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat heyəti tərəfindən daim rəhbər tutulur. Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət təhlükəsizlik istiqamətində də layiqli şəkildə davam etdirilməkdədir.


 


 


 


 


ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ :


BEYNƏLXALQ HÜQUQ EKSPERTİ :


İSMAYIL ZALOV