Menu
Xəbər Lenti
NADİR MƏMMƏDLİ - 65
Bugün, 09:19

NADİR MƏMMƏDLİ - 65

Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

24 Ağu 14:59Manşet / Gündəm

Nəciblik, xeyirxahlıq mücəssəməsi

Mehriban Əliyeva üçün özəl gün

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin "Yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. 
Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Xoşniyyətli əməlləri ilə adını şanlı tariximizə qızıl hərflərlə yazdırmağa müvəffəq olan Mehriban xanım Əliyevanın ömür kitabına yazılanlar həqiqətən də bənzərsizdir. Son 20 ildə ölkəmizdə qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər məhz onun şəxsiyyətində daha parlaq təcəssümünü tapır. 
Mehriban xanım Əliyeva uşaqların böyük dostu, "mənəvi anası" və kimsəsizlərin ən böyük hamisidir. Qayğıya ehtiyacı olanlara hər zaman sevinc hissləri yaşatdığına görə özünü də xoşbəxt sayır. Müsahibələrinin birində bu məqama toxunan birinci xanım deyib: "Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir". 
Həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah və nəcib əməllərdə axtaran Mehriban xanımın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq etmək, mərhəmət göstərmək onun ən ülvi insani keyfiyyətinə çevrilib. Onun xoşməramlı fəaliyyətinin kökündə təmənnasızlıq, səmimilik dayanıb. İnsan öz xeyirxah əməlləri ilə yadda qalır. Mehriban Əliyeva da nəcib əməlləri ilə insanların qəlbində özünəməxsus yer tutub.
 "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir".
Bu dəyərli fikirlərin müəllifi də hörmətli Mehriban xanım Əliyevadır.  Ölkənin birinci xanımı deyir ki, bu həyatda yalnız öz obrazını oynamalı, öz əməllərinlə iz qoymalısan. Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" kəlamını Mehriban xanım Əliyeva müdrikliklə, həm də müdrikə sədaqət kimi yaşadır. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyevanın xarakteri vətənpərvərlik, xalqa, torpağa, dövlətçiliyə qədərsiz məhəbbət duyğularının vəhdətində bu səviyyədə formalaşıb.

Əziz Mehriban xanım Əliyeva,


Sizi 60 illik yubileyiniz münasibətilə dərin hörmət və səmimiyyətlə təbrik edirəm. Bu əlamətdar gündə sizə sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram. Sizin həyat yolunuz və fəaliyyətləriniz, ölkəmizin inkişafına, xalqımızın rifahına olan əvəzsiz töhfələrinizlə diqqət mərkəzindədir.


Sizin 60 illik həyat təcrübəniz, müdrikliyiniz və humanist yanaşmanız ölkəmizin müxtəlif sahələrində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Sosial, mədəniyyət və təhsil sahələrindəki təşəbbüsləriniz, xüsusilə xeyriyyəçilik işləriniz, hər zaman xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. Siz, hər zaman insanlarımızın ehtiyaclarına diqqət yetirərək, onların rifahını artırmağa yönəlmiş fəaliyyətlərinizlə fərqlənmisiniz.


Mehriban xanım, siz öz liderlik keyfiyyətlərinizlə və humanist yanaşmanızla cəmiyyətimizə ilham verməkdə davam edirsiniz. Sizin rəhbərliyiniz altında həyata keçirilən layihələr və proqramlar, gənc nəslin inkişafına və sosial sahələrdə müsbət dəyişikliklərə səbəb olmuşdur. Sizin işləriniz və xidmətləriniz ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edir.


Bu xüsusi gündə, həyatınızın hər bir anının sizə sevinc və xoşbəxtlik gətirməsini arzulayıram. Sizə uzun ömür, sağlamlıq və yeni uğurlar diləyirəm. Sizin əvəzsiz töhfələriniz və fədakarlığınız bizim üçün örnəkdir və sizinlə fəxr edirik.


Bir daha doğum gününüz mübarək, Mehriban xanım. Sizə ən yaxşısını arzulayıram.


Hörmətlə,


 

 

Elçin Bilalov


Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru