Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Xeyirxahlıq simvolu
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərib, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edib.
Mehriban Əliyevanın Telegram şəbəkəsində "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!" deyə yazmışdır. Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni dəyərlərinin qorunması dair səyi nəticəsində Heydər Əliyev Fondu Şuşada da quruculuq və bərpa işlərini gerçəkləşdirərək şəhərin bərpasına öz sanballı töhfələrini verir. Fond Şuşada Saatlı, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərinin, Ağdam Cümə məscidinin, Zəngilan məscidinin, Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin, Mehmandarovların malikanə kompleksinin, məşhur tarzən Sadıqcanın evinin və Şirin su hamamının təmir-bərpa işlərini həyata keçirərək, Qarabağın qədim Azərbaycan torpağı olduğunu dünyaya bəyan edir.
Həmçinin, 2019-cu il dekabrın 31-də Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin "N” saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə iştirak edərkən, əsgər Heydər Əliyevin valideyni olaraq ona təşəkkür məktubu təqdim olunmuşdur.
Bu illər ərzində Azərbaycan Respublikası hərbi sferada daha da güclənməsi ilə tarixə düşdü. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 20 Yanvar faciəsinin 32-ci ildönümü, Xocalı soyqırımı, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, sentyabrın 13-də şəhid olmuş hərbi qulluqçularımızla bağlı, sentyabrın 27-si Anım günü, oktyabrın 17-də Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları, Ulu Öndərin Anım günü ilə bağlı,Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Müstəqilliyin Bərpası Günü, Zəfər Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü, Şuşada keçirilən II Vaqif Poeziya Günləri münasibətilə paylaşımlar edir.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətə başladığı ilk gündən hərbiçilərin, zabitlərin, şəhid analarının, övladlarının, aztəminatlı ailələrin, gözü yolda qalan anaların yanında olmaqla, hərbçilərlə görüşdən sonra göz yaşlarına hakim ola bilməməsi onun qəlbinin saflığından xəbər verir. Mehriban xanım Əliyeva Azərbaycan ordusuna həm ruhən, həmdə mənən xidmət etmişdir . Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etdi.
Prezident İlham Əliyevin və birinci xanım Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü, Mehriban Əliyevanın Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşü, Zəngilana səfəri zamanı mənfur düşmənin dağıtdığı məscidin birinci xanımın şəxsən özü tərəfindən lentə alınması Azərbaycan tarixinə düşən şanlı salnamədir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, müharibədə sağlamlıqlarını itirmiş zabitlər protezlərlə təmin edilib. Mehriban xanım Əliyeva söyləmişdir: "Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!, "Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!" Azərbaycan qadınının daxili dünyasının zənginliyini, elmi təfəkkürünün aliliyini özündə ehtiva edən Mehriban xanım Əliyevanın Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti görülən bütün işləri, atılan addımları yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına xidmət edir.
Onu da qeyd etməkdə fayda var ki, insana qayğı elementləri son illərdə ölkəmizdə həyata keçirilən siyasətin ümumi mənasını və istiqamətini təyin edən əsas amillərdən biri olaraq müşahidə edilməkdədir. Dövlət siyasətində sosial yönümün güclənməsi, ictimai rifahın yüksəlməsi naminə ciddi nəticələrlə müşayiət olunan islahatların həyata keçirilməsi, insanların həyatında müsbət meyillərin artan dinamikası və s. dövlətə təmənnasız xidmət anlayışının insana qayğı elementləri ilə daha da zənginləşməsinin gözəl nümunələridir.
Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətə təmənnasız xidməti və onun yüksək nəticələri demək olar ki, hər sahədə mütəmadi olaraq görünməkdədir. Ölkəmizin davamlı inkişafını təmin edən Prezident İlham Əliyevin uğurlu siyasətinin möhtəşəm nəticələrində onun iştirak payı kifayət qədər böyük tarixi əhəmiyyət daşıyır. Mehriban Əliyeva vətənə təmənnasız xidmət nümunəsi olan Prezident İlham Əliyevin yanında xalqımızın daim məmnuniyyətlə görmək istədiyi və gördüyü ictimai və dövlət xadimidir.
Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycan qadınının hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübut və bütün xalqımız üçün örnəkdir. Mehriban xanım Əliyevanın fəaliyyəti cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurla tamamlayır. Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın fədakarlığı mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə qadınlarımızın haqq işinin önündə getməyə və ən böyük mükafat olan ümümxalq sevgisinə layiq olduğunu sübut edir. Hörmətli Mehriban xanım Əliyeva ad gününüz mübarək!
Yubileyiniz mübarək!
Mahmudov İlqar Akif oğlu
Quba Rayon İcra Hakimiyyətinin başçısı