Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Ömrünü xalqa və dövlətçiliyə həsr edən şəriksiz qadın lider
İnsan həyatının böyük mənası onun həmrəylik, qayğıkeşlik, xeyirxahlıq, başqalarına yardım əli uzatmaq, dayaq olmaq kimi mənəvi dəyərlərində təzahür edir. Toplumun formalaşması və həyat immuniteti, cəmiyyətin əxlaqi saflığı bu dəyərlər üzərində qərar tutaraq inkişaf edir.
Vətənə, xalqa, dövlətə təmənnasız xidmət insanın həyat və fəaliyyətinin ictimai dəyərini təyin edən başlıca xüsusiyyət kimi qiymətləndirilir. Xalqın həyatında dərin izlər buraxmış, ictimai inkişafa əhəmiyyətli töhfələr vermiş bütün insanları onların dövlət qarşısındakı təmənnasız xidmətləri birləşdirir. Bütünlükdə bəşəriyyətin çoxəsrlik tarixi kimi hər bir xalqın mövcudluğu bu qəbildən olan insanların fədakarlıqları üzərində qərar tutur.
Müasir Azərbaycan cəmiyyətində sözügedən ali keyfiyyətləri özündə ən üzvi surətdə birləşdirən insanların sırasında Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şərəfli yer tutur. Onun şəxsiyyətinə, böyük həvəs, məhəbbət və uğurla həyata keçirdiyi, xalqımızın və dövlətimizin firavan bu günü ilə yanaşı xoşbəxt gələcəyinə hədəflənmiş yüksək tarixi əhəmiyyətli missiyasına Azərbaycan xalqının hüdudsuz sevgisinin kökündə məhz bu səbəblər dayanır.
Onun üçün ən böyük siyasət, vəzifə görülən işlərin xoş nəticələri, tarixdə rəğbətlə xatırlanan əməllər, insanların həyatına gətirilən faydalardır. Özünün də qeyd etdiyi kimi, dərk edilmiş məsuliyyətidir. Azərbaycan Milli Məclisinin deputatı kimi millətə vəkilliyin əsl örnəyini yaratdığı illərdə də, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ali statusunda da Mehriban xanımın daşıdığı vəzifəyə yanaşması belədir. Bu gün dövlətimizin rəhbəri İlham Əliyevin reallaşdırdığı sosial siyasətin uğurla həyata keçirilməsində, humanitar sahədə görülən işlərdə Mehriban xanım Əliyevanın çox böyük rolu var. O, bütün layihələrə vəzifə öhdəliyindən də çox könül işi kimi yanaşır. İnsanlara sevgini, qayğını, onlar üçün nəsə xeyirli bir iş görməyi bütün bu vəzifələrin mərkəzinə qoyur. Müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələr üçün tikilmiş müalicə müəssisələri də, kimsəsiz gənclərin ev-eşik sahibi olması üçün inşa olunmuş yaşayış binaları da, bütün ölkə boyu ucaldılmış yeni işıqlı məktəblər də, ahıllara qayğı da, Milli Məclisin deputatı olduğu vaxtlarda irəli sürdüyü amnistiya təşəbbüsləri ilə minlərlə məhbusun azadlığa qovuşması da, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində bərpa olunan tarixi abidələr də, mədəniyyətimizin dünyada təbliği və başqa belə saysız-hesabsız nümunələr də Mehriban xanımın qəlbindəki insan sevgisinin həyatda real əməllərlə təcəssümüdür.
Bütün bunlarla Mehriban xanım cəmiyyətimiz üçün yeni dəyərlər yaradır. İnsanlara humanizm mesajları ötürür, mərhəmətli olmağı, başqalarının ağrı-acısına, kədərinə şərik çıxmağı, xoş günlərin sevincini paylaşmağı, bir-birimizi qorumağı, qayğısına qalmağı, milli-mənəvi dəyərlərimizə sahib çıxmağı həyatımızın ana məqsədi kimi hamımıza nişan verir. Birinci vitse-prezident hər zaman hər kəsə vətəndaş olmağın meyarlarını anladır. İnsanlara vətəndaş məsuliyyəti aşılayır. Ona olan ümumxalq sevgisi bu vətəndaşlıq dərslərinin, dövlətçilik tərbiyəsinin təsir gücünü təmin edir. İnsanlarımız öz davranışlarında onun tövsiyələrini nəzərə alırlar. Çünki ona inanırlar. Bilirlər ki, əgər bunu Mehriban xanım deyirsə, deməli, insanların faydasınadır.
44 günlük Vətən savaşında əldə etdiyimiz tarixi qələbənin müəllifi olan Azərbaycan gəncliyinin yetişdirilməsində, bütün dünyanın qələbəmizi qəbul etməsində, tarixi zəfərimizin Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq tədbirləri ilə daha da möhkəmləndirilməsində Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi Mehriban xanımın böyük əməyi, xidmətləri var. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu bu gün azad yurdlarımızdakı tarixi abidələrimizi yenidən həyata qaytarır. Erməni vandallarının 30 il ərzində viran etdikləri doğma məkanlarda yenidən mədəniyyət çırağı yandırır. Xalqımızın bu torpaqların köksündəki nişanələrini əbədiləşdirir. Mehriban xanımın rəhbərliyi, təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət layihələri bu torpaqlarda daimi sülhə qapı açır.
Mehriban xanım Əliyeva kimi şəxsiyyətlərin ömrü də bir tarixdir. Bu ömrün hər ili bu tarixin yeni bir şərəf salnaməsidir, növbəti zirvəsidir. Biz də Mehriban xanımı ömrünün daha bir zirvəsində təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin başlıca istiqaməti xalqın rifahına yönəlmişdir. "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahı istiqamətində quran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
Azərbaycanın ən yeni tarixini yaradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ömür-gün yoldaşı, ən yaxın silahdaşı olan Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Mehriban xanım Əliyeva illər öncə Azərbaycan` Respublikası Milli Məclisinin deputatı seçilərkən: "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz", - deyərək, yardımsevər fəaliyyəti ilə ona etimad edənlərin ümidlərini gerçəkləşdirdi.
Tarixi həqiqətdir ki, Vətənə, xalqa, dövlətə xidməti, xeyirxahlığı həyat amalına çevirən Mehriban xanım Əliyevanın mənəvi şəxsi keyfiyyətləri gələcək nəsillər üçün nümunəyə çevrilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin lider portretini uğurla tamamlayır.
Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiyanın bir istiqaməti Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir. Böyük insanlıq yurda, yuvaya, suya həsrət bir ağaca, gözüyaşlı bir anaya diqqətdən, qayğıdan, sevgidən başlayır. “Məsləkim tərcümeyi-halımdır”, – deyən böyük Abbas Səhhətin sözlərini eynilə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya aid etmək olar. Saflıq, gözəllik səltənəti qoynunda doğulan, ana təbiətin saflığını, əzəmətini xasiyyətində, xarakterində yaşadan bu məğrur qadın həyatda yüz minlərin idealına çevrilib. Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. Bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.
Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə problemlərinin həllinə yönəlmiş layihələr Heydər Fondunun daim diqqət mərkəzindədir. Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə problemlərinin həllinə yönəlmiş layihələr Heydər Fondunun daim diqqət mərkəzindədir.
Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.
Mehriban xanım Əliyevanın haqqında söhbət açdığımız problemə yaradıcı yanaşmasının kökündə insana qayğı hissinin xüsusi statusa malik olması dayanır. Qeyd etmək yerinə düşər ki, istənilən fəaliyyətin kökündə əxlaqi-mənəvi başlanğıcının üstün iştirakı ona yeni dəyər verir, mənaca zənginləşdirir və yüksəldir. Azərbaycanın birinci xanımının bütün çoxşaxəli fəaliyyətində humanist tərkibin üstün xarakter kəsb etməsi, insana qayğı ünsürləri ilə üzvi vəhdət təşkil etməsi nəinki qabarıq şəkildə müşahidə olunmaqdadır, eyni zamanda vətənə xidmət anlayışının yeni ölçülərini müəyyənləşdirir. Məhz bunun sayəsində vətənə-dövlətə xidmət anlayışı yüksək ictimai-tarixi statusu ilə yanaşı, eyni zamanda zəruri insani parametr kəsb edir.
Hörmətli Mehriban xanım Əliyeva Sizi ömür yolunuzun 60-cı baharı münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, işlərinizdə daima müvəffəqiyyətlər, sevinc dolu günlər arzulayıram.
Yubileyiniz mübarək!
Alıyev Məmməd Oruc oğlu
Qazax RİH-nin başçısının Birinci müavini
Hazırladı: Səxavət Yazar
Araşdırmaçı jurnalist