GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Türk liseyində Azərbaycan dilinin keçirilməyəcəyi ilə bağlı xəbərə - Səfirlikdən reaksiya
Xəbər verdiyimiz kimi, Bakı Türk Anadolu Liseyində Azərbaycan dilinin tədrisinin dayandırılması ilə bağlı iddialar yayılıb. Həmin tədris müəssisəsində oxuyan şagirdlərin valideynlərinin sözlərinə görə, artıq bununla bağlı liseydə çalışan Azərbaycan dili müəllimləri işdən çıxarılıb. Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz da bildirib ki, Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi də münasibət bildirib.
Maraqlıdır ki, lisey rəhbərinin açıqlamasından fərqli olaraq, səfirlik Azərbaycan dilinin tədrisinin davam etdiyini bildirib.
Müşavirlikdən saytımıza bildirilib ki, 2023-2024-cü tədris ilində Bakı Türk Təhsil Qurumlarında 2582 şagird təhsil alıb. Məktəbdə təhsil alan 723 şagirdin valideynləri Türkiyə vətəndaşıdır:
Ətraflı
“1293 şagirdimizin valideynlərindən biri türk, digəri isə Azərbaycan vətəndaşıdır; 558 şagirdin həm anası, həm də atası Azərbaycan vətəndaşıdır. Bundan əlavə, səkkiz şagirdimiz başqa ölkələrin vətəndaşları qrupundadır.
Türkiyə Prezidenti Əhməd Necdət Sezer və Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyev tərəfindən 11.07.2000-ci il tarixli protokolla əsası qoyulan ibtidai təhsil pilləmizdə 2018-2019-cu tədris ilindən Azərbaycan dili dərsi seçmə dərs kimi tədris olunur. Bundan əlavə, məktəbimiz yarandığı gündən orta məktəb səviyyəsində Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası dərsləri tədris olunur və sonrakı illərdə də tədris olunmağa davam etdiriləcəkdir. Bu dərslər Bakı Türk Anadolu Liseyinin təsis protokolunun 4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təyin edilmiş müəllimlər tərəfindən tədris olunur.
İki ölkənin qardaşlığının ən son nümunəsi olan və ortaq gələcəyimizi birlikdə quracağımız yeni nəsillər yetişdirmək məqsədi daşıyan məktəbimizlə bağlı müxtəlif KİV-lərdə dərc olunan “Azərbaycan dili və ədəbiyyatı dərslərinin dayandırılacağı xəbəri” həqiqəti əks etdirmir. Doğru olmayan xəbərlərə görə təəssüfləndiyimizi qeyd edir və ictimaiyyətə hörmətlə bildiririk ki, belə xəbərlərə etibar etməsinlər”.
Qeyd edək ki, Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz sözügedən fənlərin bir müddət qeyri-qanuni olaraq ilk okul və orta okul bölümündə (9-cu sinfə qədər) əsasnamədə nəzərdə tutulmayan halda keçirildiyini bildirib. Liseyin rəhbəri Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanıldığını söyləyib.























































