Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Azərbaycan BRICS-ə üzvlük üçün müraciət etdi (RƏSMİ)
Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.






















































