“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva: “Elmdən doğan işıq-Gözlərə nur verən alim oftalmoloq Zərifə Əliyevanın ömür yolu”
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov: Nurla yazılan ömür: Zərifə Əliyeva – elmin zirvəsi, insanlığın örnəyi
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
“Kontakt”ın “Şeş-Qoşa” finalında Aygün Kazımova çıxış edəcək - Finalda böyük sürpriz
Azərbaycanın sevilən ulduzu, Xalq artisti Aygün Kazımova yenidən “Kontakt” səhnəsinə gəlir. Məşhur müğənni bu dəfə “Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük final tədbirində xüsusi qonaq olacaq!
“Kontakt”ın ənənəvi “Şeş-Qoşa” kampaniyası hər il böyük uduşları ilə öz müştərilərini sevindirir. İndi isə kampaniyanın ən həyəcanlı mərhələsi yaxınlaşır: BÖYÜK FİNAL! Möhtəşəm finalda kampaniyanın əsas mükafatı olan ən yeni “Toyota Corolla Cross” avtomobilinin sahibi və ya sahibləri bəlli olacaq.
Final tədbirini daha da unudulmaz edəcək məqam isə pop musiqisinin divası Aygün Kazımovanın konsert proqramlı çıxışı olacaq. Kazımova, gün boyu hit mahnılarını ifa etməklə yanaşı, həm də hər kəsi təəccübləndirəcək bir sürprizi açıqlayacaq.
Bu böyük sürpriz nə ola bilər? Tədbir iştirakçıları bunu öyrənmək üçün səbirsizlənir, buna görə də həmin gün bütün gözlər Kazımovada olacaq...
Qeyd edək ki, Xalq artistinin bir neçə gün əvvəl rəsmi sosial media hesablarında etdiyi paylaşım bu finalın nə qədər xüsusi olacağını bir daha təsdiqləyir.
“Kontakt” ın müştəriləri üçün yaratdığı əyləncə dolu bu tədbir avqustun 23-ü saat 18:00-da Bakıxanov stansiyası mağazasında baş tutacaq.
Bu final tədbiri "Şeş-Qoşa" kampaniyasının uğurlu yekunu olmaqla yanaşı, ilin ən böyük hadisələrindən biri kimi yadda qalacaq. Odur ki, “Kontakt” və Aygün Kazımova hər kəsi əyləncəli və sürprizli gecənin bir parçası olmağa dəvət edir.
Daha ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.























































