Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Ən layiqli namizəd-Təyyar Yəhyayevə səs verək
Prezident, Ali baş Komandan İlham Əliyevin sərəncamı ilə bu il sentyabrın ilk gününə 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində deputat mandatı uğrunda mübarizə gündən-günə güclənir. İndiki vaxtda seçki prosesinin ilkin və önəmli mərhələlərindən birində – həm namizədliyin irəli sürülməsi, həm də namizədliyin qeydə alınması prosesindəyik.
Bu il parlament seçkilərinin işğaldan aazad olunmuş bölgələrimizdə keçirilməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. Bu ilin əvvəlində növbədənkənar Prezident seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsinə hamımız qürurla şahidlik etdik. İndi isə parlament seçkilərinin də bütün ərazilərimizdə keçirilməsinin sevincini yaşayırıq. Uzun illər torpaq həsrəti çəkmiş seçicilərimizin bir hissəsi artıq müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz ata-baba yurdlarında səs verəcəklər.
Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramı uğurla reallaşdırılır. Həmin ərazilərə köçənlərin sayı çoxaldıqca yeni seçki məntəqələrinin yaradılması zərirəti də artır. Bu məqsədlə həmin ərazilərdə bu il əlavə olaraq 8 yeni seçki məntəqəsi formalaşdırılıb. Bütün bu sadaladığımız məqamlara əsasən, deyə bilərik ki, növbədənkənar parlament seçkiləri ölkəmizin həyatında əlamətdar ictimai-siyasi hadisələrdən biridir.
Seçkilərin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün dövlətimiz bütün zəruri addımları atır.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisində keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş ən layiqli namizədi-Təyyar Yəhyayevi dəstəkləyək.Yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, ən layiqli namizədə-Təyyar Yəhyayevə səs verməyə səsləyirik.
1 sentyabr parlament seçkilərində ən layiqli namizədə Tıyyar Yəhyayevə səs verək, Azərbaycanın uğurlu gələcəyinə dəstək olaq.
80 saylı Lerik-Astara seçki darəsindən namizədliyi irəli sürülmüş ən layiqli və dəyərli Təyyar Yəhyayevin namizədliyini dəstəkləyərək seçiciləri ona səs verməyə çağırırıq.
Fərid Səfərov
AJB-nin üzvü





















































