Menu
Xəbər Lenti
Anar Rzayevə ağır itki
Dünən, 10:54

Anar Rzayevə ağır itki

Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

02 Avqust 2024 09:20Manşet / Şou-biznes

Ronaldo ilə Corcina ailə qurub?

 

“Əl-Nəssr”də çıxış edən ulduz futbolçu Kriştianu Ronaldo sevgilisi Corcina Rodrigesi ilk dəfə “həyat yoldaşı” olaraq təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, idmançı bunu fitnes brendi üçün çəkdirdiyi yeni videosunda bildirib. 

Bu isə onların evli olmaları haqda iddiaya səbəb olub. 

“People” jurnalı Ronaldonun nümayəndəsindən məşhur futbolçunun evli olub-olmadığını soruşub. Təmsilçi “hazırda Kriştianunun Corcina ilə evli olub-olmadığı barədə məlumatım yoxdur”, - deyə cavab verib.

Qeyd edək ki, K.Ronaldo Corcina ilə 7 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.