Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Kənd əhalisi susuzluqdan fəryad edir
Goranboy rayon Qazaxlılar kənd əhalisi içməli su ilə və təsərrüfatlarına verilməli olan su problemləri uzun müddətdir ki, öz həllini tapmır. Səbəb nədir?
“Xeberim.info” xəbər verir ki, yəqin ki, bu kimi problemi olan sözü gedən kənd əhalisinin haqlı şikayəti ilə əlaqədar yazmış olduğumuz məqaləni izlədiniz. Bu məsələ ilə əlaqədar bir jurnalist olaraq əks tərəfin mövqeyini də öyrənmək üçün 26.07.2024-cü il tarixində Goranboy rayon Su Melorasiya Təsərrüfatı və Suvarma Sistemlər idarəsinin sədri İlqar Məhərrəmovla görüşmək məqsədi ilə həmin rayonda olduq. Öncə İlqar müəllimlə telefon əlaqəsi qurduq və bildirdik ki, onunla görüşmək istəyirik. İlqar Məhərrəmov bizə bildirdi ki, mən idarədə olacam, gələ bilərsiniz. Lakin bir saatdan çox olar ki, idarənin rəisi İlqar Məhərrəmovu iş yerində gözlədik. O bizimlə görüşmədi. Müvafiq olaraq bu məsələ ilə əlaqədar Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra hakimiyyətinin başçının birinci müavini Seymur Nəzərovla telefon əlaqəsi yaradaraq, həmçinin ona da bu məsələ ilə əlaqədar əhalinin haqlı şikayətini bildirdik və Su Melorasiya idarəsinin müdiriyyətini tapa bilmədiyimiz haqda məlumat verdik. Seymur Nəzərov bizə bildirdi ki, biz bu quruma hər hansı bir göstəriş verə bilmirik. Yəni bu qurum rayon daxilində də olsa bizim tabeçiliyimizdə deyil. Bir neçə saat keçəndən sonra sözü gedən idarənin sahə üzrə inspektoru Müşfiq adlı (soyadını bilmirik) bizimlə telefon əlaqəsi yaradaraq görüməyi təklif etdi. Onu qeyd edək ki, Goranboy-Yevlax magistralında bu şəxslə görüşdük. Müəyyən danışıqlar apardıq. Müşfiq müəllim bizə söylədi ki, İlqar Məhərrəmov özü görüşə bilmədiyi üçün məni yolladı və bu pul miqdarını sizə verməyi xahiş etdi. Biz əks halda ona bildirdik ki, bura rüşvət almağa gəlməmişik. Onunla görüşüb mövqeyini bilmək üçün bura təşrif gətirmişik. Müşfiq müəllim nə qədər cəht etsə də, onun bizə vermək istədiyi pulu qəbul etmədik. Bu məsələ ilə əlaqədar Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu ilə əlaqə saxlayaraq bu haqda məlumat verdik. Mətbuat xidmətinin rəhbəri bizə bildirdi ki, nə bilirsinizsə, gedin yazın. Maraqlıdır, ASC-nin mətbuat xidmətinin rəhbəri belə cavab verirsə, vay o günə ki, bu ASC-nin dövlətin büdcəsini görün necə talan edir. Onların da bu kimi hərəkətinə xalq borca-xərcə düşərək əkdikləri məhsullar zay olub gedir və subsiya borcları əhalini min bir bəlaya salır. Bir jurnalist kimi əhalinin problemlərinə bizlər göz yuma bilmərik. O dur ki, ölkə başçısına və aidiyyəti olan qurumlara redaksiyamız adından məktub yazaraq müraciət etməyi özümüzə borc bilirik. Son olaraq bildirək ki, araşdırmalarımız davam edəcək və oxucularımıza məlumat verəcəyik.























































