Xəbər Lenti
Dünən, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
23-10-2026, 11:46
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Zərdüşt Əlizadə Sərdar Cəlaloğlunu ittiham etdi: "Heç kim onun sədaqətinə inanmır"
Növbədənkənar parlament seçkilərinə qatılan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu namizədliyini geri götürüb. Partiya sədri Qaynarinfo-ya açıqlamasında geri çəkilməsini müxalifət liderlərinin prosesdə iştirak etməməsi ilə əlaqələndirib:
"Mən seçkidə iştirak qərarı verməklə digər müxalifət liderlərinin də prosesə qatılacağını düşünürdüm. Namizədliyimi irəli sürdüm ki, bu bir nümunə olsun. Lakin onlar seçkidə iştirakdan imtina etdilər. Düşündüm ki, təkbaşına nə edəcəm axı. Meydanda tək qaldım. Bu baxımdan, namizədliyimi geri götürmək qərarına gəldim".
Siyasi şərhçi Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında ADP sədrini müxalifət liderlərinə qarşı fikirlərini əsassız adlandırıb:
"Sərdar Cəlaloğlunun mandat qazanmaq üçün yarım qəpiklik şansı yox idi. Bu olsaydı, Sərdar bəy heç vaxt geri çəkilməzdi. Bu lap yaralı maralın rəvayətinə bənzəyir. Qurbağa yaralı marala deyir ki, sən maral, mən maral. Maral da deyir ki, mən yaraya dözərəm, amma bu təhqirə dözmərəm, yıxılır ölür. Sərdar Cəlaloğlunun da özünü özündən böyük siyasətçilərlə, yəni partiya sədrləri ilə müqayisə etməsi həmin rəvayətə bənzəyir. Azərbaycanda heç kəs Sərdar Cəlaloğlunun sədaqətinə inanmır. O, Xalq Cəbhəsindən Demokrat Partiyasına keçdi. O da birləşdi Sədaqət Partiyasına. Sonra İlyas müəllimə atıb, ordan da Rəsul Quliyevin partiyasına keçdi. Rəsul Quliyevin hesabına Amerikaya gedib-gəldi. Sonra ona atıb, özü sədr oldu".
Qeyd edək ki, Sərdar Cəlaloğlu namizədliyini 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən irəli sürmüşdü.
Bahar Rüstəmli























































