Xəbər Lenti
Dünən, 14:17
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
24-07-2026, 16:55
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
24-07-2026, 12:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
24-07-2026, 11:03
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
23-07-2026, 22:43
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
23-07-2026, 19:20
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
23-07-2026, 17:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 21:15
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
22-07-2026, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Azərbaycanda yeni epidemiya gözlənilirmi? (ŞƏRH)
"Azərbaycanda bu xəstəliyin xüsusi riskini görmürəm. İstəlinən halda belə bir epidemiya ocağı varsa, keçid zonalarında nəzarəti gücləndirməliyik".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Braziliyada yayılan Oropuş qızdırmasından danışarkən deyib.
Ekspert belə bir məqamda Dünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun hərəkət edilməyin vacibliyini vurğulayıb:
"Biz imkan daxilində xəstəliyin ölkəmizə ayaq açmasının qarşısını almalıyıq. Hər hansı bir vəziyyət baş verərsə, diqqətli olmaq və infeksiyanı yerində lokallaşdırmaq üçün bütün imkan səfərbər edilməlidir".

Həmsöhbətimiz bildirib ki, Oropuş qızdırması bunyaviruslar qrupuna aid olan viruslar tərəfindən törədilir:
"Xəstəlik adətən yüngül keçir və 3-4 gün müddətində demək olar sağalır. Lakin bəzi hallarda müəyyən səbəblərdən güman edilir ki, qaraciyərdə qlutationun səviyyəsi aşağı və immun sistemi təlatümlü olan xəstələrdə xəstələrdə ağırlaşa və ölüm törədə bilər".
Professor hesab edir ki, hipertermiya törədən virusların əksəriyyəti ağçaqanadlar tərəfindən törədilir:
"Ağçaqanadlar vasitəsi ilə bu xətəlik bir insandan digərinə keçir. Dünyanın hər yerində ağçaqanaqların qırılması üçün lazımı tədbirlər görülür, gölməçələr qurudulur və s. Bizdə də bu kimi işlər gedir. Hesab edirəm bunlar intensivləşməlidir".
Qeyd edək ki, Oropuş qızdırmasının dünyada ilk qurbanı iki braziliyalı qadın olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Oropuş qızdırması ilk dəfə Trinidad və Tobaqo Respublikasında müəyyən edilib. Bununla belə, 1960-cı ildə Braziliyada infeksiya xəbərləri ortaya çıxıb və indiyədək 7,2 mindən çox qızdırma halı qeydə alınıb. Ən çox hal Amazonas və Rondoniya ştatlarında qeydə alınıb.
Oropuş qızdırması yoluxmuş ağcaqanadlar tərəfindən ötürülən viral infeksiyadır. Xəstəliyin simptomları: əzələ ağrısı, oynaqların sərtliyi, baş ağrısı, qusma. Xəstəlik adətən ağırlaşmalar olmadan inkişaf edir, lakin ağır hallarda xəstənin həyatı üçün təhlükə yaradan ağırlaşmalar baş verə bilər.
Bahar Rüstəmli
























































