Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə dəstəyi Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyi nin təşkilatçılığı ilə "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi çərçivəsində Sabirabad Rayonunda Yeni Azərbaycan Partiyasının Sabirabad Rayon Təşkilatının inizbati binasında tədbir keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, "Müasir İnternet Resurslarının İnkişafı"İctimai Birliyinin sədri, "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" Layihəsinin rəhbəri Zamin Zeynal, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri, "Ədəbiyyat qəzeti" nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğlu, müəllim və şagirdlər, ziyalılar fəal iştirak edərək çıxış ediblər.
MİRİİB sədri, "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" Layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında tədbirin əsas mahiyyətinə diqqət çəkərək bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət dilçilik siyasəti bu gün onun layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda dilçiliklə bağlı fəaliyyət göstərən qurumlar daimi təkmilləşir, yeniliklərə doğru çalışırlar. Layihə rəhbəri onu da xüsusi olaraq qeyd edib ki, Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin belə bir ictimai,mədəni əhəmiyyətli layihəni qalib etməsi və dəstək göstərməsinin nəticəsidir ki, böyüməkdə olan nəsilə Ana dilimizin saflığının qorunması və təbliği yönümündə davam edən maarifləndirici layihənin icrası uğurla gerçəkləşdirilir. Görüşlərdə layihənin maraqla qarşılanması bir daha onun göstərir ki, dövlətin dilçilik strategiyasına faydalı ictimai dəstək təşəbbüslərinin gələcəkdə də davamlılığına zərurət var.
Çıxışlarda o da diqqətə çatıdırılıb ki, Orta və ali məktəblərdə çalışan müəllimlər pedaqoji fəaliyyətlərində Ana dilimizin mükəmməlliyini, dünya dilləri sırasında tutduğu layiqli yeri və rolunu şagirdlərə geniş şəkildə təbliğ etməlidirlər ki, şagird və tələbələrimiz Ana dilimizi, daha da dərindən öyrənib qürur duysunlar.
Qeyd edək ki, tədbirdə "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanmış sosial çarx göstərilib.
Xəbər Lenti
Dünən, 12:28
Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
11-09-2026, 20:14
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
11-09-2026, 15:35
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
11-09-2026, 12:29
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
11-09-2026, 11:03
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
9-09-2026, 20:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 19:41
































































