Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Bu gün Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir
Aydın Talıbov
Təsisçi və Baş icraçı direktor
Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktoru Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Siyaqut kəndində anadan olub.
Aydın Talıbov ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "İnşaat texnologiyası" fakültəsində alıb. Universiteti 1989-cu ildə fərqlənmə diplomu ilə bitirib. Universitetdən məzun olduqdan sonra üç il ərzində Naxçıvan MR-da Dövlət Plan Komitəsində və Nazirlər Kabineti yanında Əsaslı Tikinti İdarəsində çalışıb.
Aydın Talıbov gündəlik tələbat məhsulları (FMCG) sektorunda uğurlu bizneslərin təşkilinə nail olub. Biznes fəaliyyətinə 1992-ci ildə başlayan Aydın Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirib. Bununla da “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub. O, 2001-ci ildə birgə investisiya ilə "Ulduz" Şokolad Fabrikini, 2010-cu ildə Gürcüstanda "VG" adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə isə "Araz" supermarketlər şəbəkəsini yaradıb. "Araz" supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, 2016-cı ildə şəbəkəyə yüksək endirimli (hard-discount) mağazaçılıq modelini - "OBA" marketlər şəbəkəsini yaratmış və 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın almaqla marketlər şəbəkəsini daha da genişləndirib.
Aydın Talıbov 2015-ci ildə qida sektorunda dənli-paxlalı məhsulların, Şəkər tozu sahəsində fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti, 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.
2017-ci ilin iyunun 14-dən Cənubi Qafqazda ən böyük logistika mərkəzinin əsasını qoyan Aydın Talıbov, 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkətini,
Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizin kafe biznesinə öz töhfəsini verib. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.
Bundan əlavə, Aydın Talıbov sahibkar olaraq, "Sirab" və "Badamlı" mineral su zavodlarının inkişafına dəstək olub.
Aydın Talıbov işgüzar fəaliyyəti dövründə biznes, marketinq üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə bir sıra konfranslarda, ABŞ, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə pərakəndə sahəsində konfranslarda və biznes inkişafı seminarlarında iştirak edib.
Ölkə qarşısında göstərdiyi xidmətlərinə görə Aydın Talıbov 2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.
Təsisçi və Baş icraçı direktordan müraciət:
Dəyərli həmkarlar və tərəfdaşlar,
Veysəloğlu Şirkətlər Qrupu olaraq, fəaliyyətimizdən 30 il ötür və bu müddətdə “sınaqsız bir ilimiz də olmadı” desəm, yanılmaram. Sınaqlar və çağırışlar, uğurlar və uğursuzluqlar hamısı bu yolun ayrılmaz bir hissəsidir. Nə yaxşı ki, qarşılaşdığımız hər sınaqdan öyrənərək və daha təcrübəli çıxırıq.
Geriyə dönüb baxdıqda qürurla deyə bilirəm ki, biz zəhmət və inamla başladığımız bu yolda kifayət qədər böyük məsafə qət etmişik. Distribusiya fəaliyyətimizi genişləndirərək tədarük zəncirini başdan-başa idarə etməyə nail olmuşuq. Müştərilərimiz, əməkdaşlarımız, partnyorlarımız və cəmiyyətin məmnuniyyətinə nail olmaq və bizə olan etimadı doğrultmaq üçün böyük zəhmət və sevgi ilə çalışırıq.
Missiyamız müştərilərimizi münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək, etibarlı tərəfdaşlıq edərək tədarükçülərimizin inkişafına töhfə vermək, əməkdaşlarımız üçün ədalətli və potensiallarını reallaşdıracaqları iş mühiti yaratmaq, cəmiyyət və ətraf mühit qarşısında öhdəliklərimizi yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir. Bu böyük məqsədə xidmət etmək bizim üçün bir şərəf işinə çevrilmişdir.
Ərzaq təhlükəsizliyi, davamlılıq və yeni iş yerlərinin yaradılması kimi məsuliyyətli öhdəlikləri mənimlə paylaşan və çiyin-çiyinə addımladığım iyirmi mindən çox üzvü olan Veysəloğlu ailəsinin hər bir fərdinə təşəkkür edirəm. Son dövrlərdə hər il 2000-nə yaxın yeni iş yeri yaratmışıq və bu da mənim üçün uğur göstəricilərindən biridir. Əməkdaşlarımıza layiqli iş şəraiti yaradılması və ölkəmizin əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsi prioritetimizdir.
Bizim işimiz yalnız biznes deyil. Cəmiyyət və ətraf mühit ilə bağlı məsuliyyətimizi ciddi qəbul edir və dayanıqlılığa töhfə veririk. Nümunə üçün deyim ki, qapalı anbarımızda tullantıların yenidən emalı, proseslərin kağızsız həyata keçirilməsi kimi yanaşmaları tətbiq edirik. Bizim üçün dayanıqlılıq yalnız trend olan bir kəlmə deyil, bu, işimizin hər mərhələsində yaratdığımız dəyərdir.
30 ildir ki, Veysəloğlu məhsul və xidmətlərindən istifadə edən və bizi daha yaxşı işlər görməyə ruhlandıran həmvətənlərimə təşəkkür edirəm. Sizin dəstəyinizlə ölkəmiz üçün dəyər yaratmağa davam edirik.
Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Həmin ilin 5 noyabr tarixində Türkiyədən TIR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirməklə “Veysəloğlu Distribusiya” şirkətinin əsası qoyulub. Şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddən çox məhsulunu ölkə üzrə distribusiyasını həyata keçirir. “Veysəloğlu Distribusiya” qida məhsullarının distribusiyası və pərakəndə satışı üzrə aparıcı mövqeyə malikdir.
2001-ci ildə isə Veysəloğlu Şirkətlər Qrupu "Ulduz" Şokolad Fabrikinin əsasını qoyub. Qənnadı məhsulları sahəsində “Milli brend” statusunu qazanan bu fabrik əsasən şokolad konfetləri, karamellər, qutu şokoladlar, draje və vafli məhsulları istehsal edir.
VİZYONUMUZ
Fəaliyyət göstərdiyimiz bütün sahələrdə lider olaraq, müştəri ehtiyacına ən yaxşı şəkildə cavab verən, ölkənin sosial-iqtisadi və dayanıqlı inkişafı üçün dəyər yaradan, Azərbaycanda və regionda etibar qazanmış müasir şirkətlər qrupu olmaq.
MİSSİYAMIZ
müştərilərimizi münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək,
etibarlı tərəfdaşlıq edərək tədarükçülərimizin inkişafına töhfə vermək,
əməkdaşlarımız üçün ədalətli və potensiallarını reallaşdıracaqları iş mühiti yaratmaq,
cəmiyyət və ətraf mühit qarşısında öhdəliklərimizi yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir.
Logistika Mərkəzi
Logistka Mərkəzi gündəlik tələbat məhsullarını minimal xərclə pərakəndə satış nöqtələrinə çatdırılmasını təmin edir.
Bu mərkəz Şirkətlər Qrupuna daxil olan şirkətlərin logistika xidmətlərinə ehtiyacının təmin edilməsi məqsədilə inşa edilmişdir.
İnvestisiya
Mərkəzin əməliyyatlar üçün tam hazır vəziyyətə gətirilməsinə ümumilikdə 55 milyon manat investisiya yatırımı edilmişdir.
Sərmayənin 10 milyon manatlıq hissəsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, digər hissəsi isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Almaniya İnvestisiya Fondu (DEG), PaşaBank və Veysəloğlu Şirkətlər Qrupunun öz vəsaiti hesabına maliyyələşdirilmişdir.
Əsas göstəricilər
Distribusiya Mərkəzinin ümumi sahəsi 44,000 m2-dir. Mərkəzdə 2000-dən artıq əməkdaş çalışır.
“OBA” MARKETLƏR ŞƏBƏKƏSİ
Layihənin icrasında əsas məqsəd əhalinin aztəminatlı hissəsinə ərzaq və digər gündəlik tələbat məhsullarının keyfiyyətli və mümkün olan aşağı qiymətlərlə təqdimatı, yeni iş yerlərinin açılması və pərakəndə sektorun inkişafını təmin edən marketlər şəbəkəsinin yaradılmasıdır.
İnvestisiya
2016-cı ildə marketlər şəbəkəsinin yaradılmasına 24 milyon manat ilkin investisiya yatırımı olmuşdur. İnvestisiyanın 10 milyon manatlıq hissəsi Paşa Bankın dəstəyilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən, digər hissəsi Veysəloğlu Şirkətlər Qrupu tərəfindən daxili vəsait hesabına maliyyələşdirilmişdir.
Əsas göstəricilər
2016-cı ildə fəaliyyətə başlamış marketlər şəbəkəsi uğurlu fəaliyyəti və inkişafı nəticəsində böyüyərək hazırda ölkə ərazisində market sayı 1170-i ötmüşdür.
Marketlər şəbəkəsində hazırda 5,800-dən artıq əməkdaş çalışır.
“ULDUZ” ŞOKOLAD FABRİKİ
“Ulduz” Şokolad Fabriki 2001-ci ildən etibarən yeni istehsal xətlərinin yaradılması, ümumi istehsal həcminin və çeşidliliyin artırılması, artan tələbata uyğun olaraq daha keyfiyyətli məhsul satışının təmin edilməsini həyata keçirmişdir.
İnvestisiya
Layihənin icrasına 22 milyon manat investisiya yatırılmışdır. Layihənin maliyyələşdirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilmişdir.
Əsas göstəricilər
Layihənin icrası nəticəsində yeni moğul, pralin, karamel və vafli istehsal xətləri fəaliyyətə başlamışdır və fabrikin ümumi istehsal həcmini illik 15,000 ton olaraq artırmışdır.
Bu layihə ilə “Ulduz” Şokalad Fabriki istehsal xətti sayını 8-ə çatdırmışdır.
“XONÇA” İSTEHSALAT
Layihənin icrasında əsas məqsəd müasir Avropa avadanlıqları ilə təchiz edilmiş istehsal infrastrukturunun qurulması və əhalinin sağlam, dadlı və keyfiyyətli qida məhsulları ilə təmin edilməsidir.
İnvestisiya
“Xonça” İstehsalat layihəsinin icrasına 2019-cu ildə 16 milyon manatlıq investisiya qoyulmuşdur. Bu layihə PaşaBankdan cəlb edilmiş maliyyə və Veysəloğlu Şirkətlər Qrupunun öz maliyyə vəsaitləri hesabına həyata keçirilmişdir.
Əsas göstəricilər
İstehsalat binasının ümumi sahəsi 6,234 m2-dir.
İllik istehsal həcmi 14,253 ton təşkil edir.
“Entree Azərbaycan”
“Entree Azərbaycan” Bakıda 2014-cü ildən fəaliyyət göstərir. Əsas hədəfi ictimai iaşə sahəsində ölkə bazarında üstün mövqelərə sahib olmaqdır. Missiyası sağlam qidalanmanı təbliğ etmək, müştəriləri yüksək keyfiyyətli qida məhsulları ilə təmin etməkdir.
İnvestisiya
Layihənin icrasına 2,3 milyon manat sərmayə yatırılmışdır. Ümumi sərmayənin təxminən 1 milyon manatlıq hissəsi Veysəloğlu Şirkətlər Qrupunun vəsaiti hesabına maliyyələşdirilmişdir.
Əsas göstəricilər
“Entrée” ilk dəfə Gürcüstanda fəaliyyətə başlayıb. 2021-ci ildə İngiltərədə (London) filialının açılışı olub. 6 filialı və 90-a yaxın əməkdaşı ilə xalqımızın xidmətindədir.
SOYUQ ANBAR
Məhəmmədi ərazisində yerləşəcək anbarda dondurulmuş, təzə ət və süd məhsullarını, həmçinin meyvə və tərəvəzi ən yüksək keyfiyyətlə saxlamaq mümkün olacaq.
Soyuq logistika mərkəzinin yaradılmasında əsas məqsəd “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi və “Veysəloğlu Distribusiya” şirkəti vasitəsilə müştərilərə təqdim olunan məhsulların təzəliyinin qorunmasıdır.
İnvestisiya
Azərbaycanda yeni təzə və dondurulmuş məhsullar üçün logistika mərkəzinin yaradılmasına 24 milyon manat investisiya yatırımı olmuşdur. Məhsulların mükəmməl şəraitdə çatdırılmasına və yollarda kilometri azaltmağa xidmət edəcək 35 ədəd ikili temperaturu olan yük avtomobillərinin alınması üçün də investisiya yatırımı edilib.
Əsas göstəricilər
Soyuq anbarın ümumi sahəsi 11,000 m²-dir. 2022-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulan müasir logistika mərkəzindən həftənin 7 günü boyunca 5000 mağazaya xidmət göstəriləcək. Yeni mərkəzin açılışı ilə daha 600 nəfər üçün iş imkanı yaradılacaqdır.