Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Polisə olan hörmət dövlətə olan hörmətdir
Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər.
İlham ƏLİYEV
AZƏRBAYCANDA SABİTLİYİN POZULMASINA HEÇ BİR HALDA YOL VERİLMƏYƏCƏKDİR !
RADİKAL MÜXALİFƏT POLİS QARAYAXMALARI NİYƏ APARIR ?
Ölkəmizin dinamik inkişafı, beynəlxalq imicinin yüksəlməsi, regional güc mərkəzinə çevrilməsi antiazərbaycançı şəbəkəni yenə narahat etməkdədir. Elə bu şəbəkənin havasına oynayan radikal müxalifət aldığı tapşırıqlar əsasında respublikamızda ictimai rəyi çaşdırmaq üçün vurnuxmağa başlayıb. Əməlləri xalqımıza və dövlətimizə qarşı yönələn radikal düşərgənin məhz yenə də antiazərbaycançı şəbəkənin diktəsi ilə fəallaşmağa cəhd göstərməsinin, respublikamızda hər vəchlə sabitliyin pozulmasına çalışmasının səbəbi hər kəsə aydındır. Çünki sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu yolla utopik niyyətinin gerçəkləşməsinə ümid edir. Avropadan mayiləşən bu müxalifət qrupu şəxsi marağları üçün vətəndaşlarımızı qurban etməkdən belə çəkinmir. Onların gələcəkləri oynayır, qarşılığında isə qazandıqlarıyla kef sürürlər. Onlar Azərbaycanımızı deyil şəxsi mənfəətlərini düşünürlər. Necə deyərlər “ tuluğ dolduranlar” qrupu öz çirkin əməlləriylə ölkəmizdə siyasi sabitliyi pozmaqdan və dövlət qurumlarına əngəl olmaqdan belə çəkinmirlər. Ölkəmizin inkişafını, beynəlxalq aləmə inteqrasiyasını gözü götürməyən antiazərbaycan qüvvələr yerlərdəki xəyanətkar və satqın əlaltıları vasitəsilə qarşıdurma yaratmaq üçün bütün vasitələrdən istifadə edirlər. Son vaxtlar isə polisi gözdən salmaq, guya polis əməkdaşlarının insanların hüquqlarını pozması, özlərinə aid olmayan məsələlərə müdaxilə etmələri barədə mənfi rəy formalaşdırmaq üçün cilddən-cildə girir, minbir fitnə-fəsada əl atırlar. Xarici havadarlarının çaldıqları bütün havaya oynayan radikal müxalifət nümayəndələri bu sahədə də xüsusi canfəşanlıq göstərir, müxtəlif adamların adından istifadə edərək polis haqqında həqiqətdən uzaq məlumatlar yayır və bununla da Azərbaycan polisinin fəaliyyətini gözdən salmağa çalışırlar. Belə xəyanətkarlar sanki unudurlar ki, müstəqillik illərində polis orqanları kifayət qədər böyük inkişaf yolu keçib. Şər və böhtan kampaniyasıyla vətəndaşlarımızı ətraflarına çəkir və qorxu əliylə istifadə edirlər.
Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Təbii ki, bu uğurlar ölkəmizdə sabitliyi pozmağı özlərinin əsas fəaliyyətinə çevirmiş radikal müxalifəti heç cür qane edə bilməz. Çünki belə satqınlar və onlara dəstək verən dairələr ölkədəki əmin-amanlığı, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını həzm edə bilmirlər. Ona görə də qərəz və böhtana əl ataraq, Azərbaycan polisi haqqında şər və böhtanla dolu informasiyalar yayırlar. Radikal müxalifətin bu “fəaliyyəti”, təbii ki, ölkəmizdəki sabitliyi pozmağa növbəti cəhd və təxribatdır. Sözsüz ki, nə radikal müxalifət, nə də Azərbaycanda əmin-amanlığı pozmağa cəhd edən digər qüvvələr insanları bu yalanlara, böhtanlara inandıra bilməzlər. Çünki xalq həmin qüvvələrin hakimiyyətdə olduğu dövrdə polisin, xüsusi təyinatlı polis dəstələrinin, xüsusilə də bu quruma rəhbərlik edənlərin özlərinin xalqın başına gətirdiyi oyunları, faciələri heç vaxt unutmayıb və unutmayacaq da.
Ümumiyyətlə, müxalifətin radikal qanadının "texnoloqları" otaqlarında oturub böyük xəyallarla yaşayırlar. Molla Nəsrəddin lətifəsində deyildiyi kimi, xəyalplovdurlar. Bunun nəticəsidir ki, həmin adamlar siyasətdə iflasa uğrayıblar. Amma dərk etmək istəmirlər, hələ də başa düşmürlər ki, siyasi səhnədən gediblər. Məşhur ərəb ifadəsində deyildiyi kimi: kimki bilir və bildiyini bilir, o, daha ağıllıdır. Amma bunlar bilmədiklərini dərk etmirlər. Bunlar bilmirlər ki, cəmiyyətdə nüfuzları yoxdur və yaxud bilirlər, amma özlərini bilməzliyə vururlar. Radikal müxalifət düşərgəsinə daxil olan partiyaların “siyasi mühacir” biznesi ilə məşğul olması heç kimə sirr deyil. Hətta vaxtilə düşərgəyə yaxın mətbu orqanlar, eləcə də sosial şəbəkə istifadəçiləri müəyyən miqdar qarşılığında radikal partiyaların vəsiqələrinin əldə edilməsini və bu yolla da xarici ölkələrə “mühacirət” etməyin mümkünlüyünü yazırdılar. Təbii ki, həmin vaxt bu iddialar radikal düşərgə təmsilçiləri tərəfindən təkzib olunsa da, son vaxtlar ortaya çıxan faktlar bu məsələnin yenidən gündəmə gəlməsinə yol açıb.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi təmin edildi, hüquqi-demokratik dövlət quruculuğu həyata keçirildi. Bu gün Prezident İlham Əliyev tərəfindən dövlətimizin və xalqımızın maraqlarını müdafiə edən böyük siyasət həyata keçirilməkdədir. Ölkəmiz iqtisadi sahədə böyük sıçrayışla inkişaf edir, bunun nəticəsi olaraq ilbəil vətəndaşların həyatında, sosial rifahında müsbətə doğru mühüm dəyişikliklər baş verir. Eyni zamanda, Azərbaycanın iqtisadi yüksəlişi ölkəmizin beynəlxalq və regional qüdrətini artırır. Respublikamızın iqtisadi baxımdan güclənməsi və beynəlxalq imicinin yüksəlməsi Ermənistanın təcavüzü ilə yaranmış Dağlıq Qarabağ probleminin həll edilməsinə də öz təsirini göstərməkdədir. Belə olan şəraitdə Azərbaycan vətəndaşları milli maraqları həyata keçirən Prezident İlham Əliyevin siyasətini birmənalı müdafiə edir.
Cəmiyyətdə azlıqda qalan həddindən artıq qisasçılıq, radikallıq, eyni zamanda nəyin bahasına olursa-olsun hakimiyyətə çatmaq hərisliyi ilə alışıb yanan azlıq mövcuddur. Bu azlıq, şərti olaraq, radikal tərəf və ya qrup adlandırılır. Radikal qrup müxtəlif zamanlarda hay-küylə, şantajla, böhtanla, müxtəlif çirkin vasitələrlə respublikamızda əhalini hakimiyyətə qarşı qaldırmağa cəhdlər göstərib. Son günlərdə bu radikal qruplaşma, - bunun sırasına Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları, onların ətrafında olan məhdud sayda qruplar daxildir, - xarici təsirlərin diktəsi ilə yenidən fəallaşaraq vətəndaşları, xüsusilə gəncləri hakimiyyət əleyhinə küçə yürüşlərinə, mitinqlərə sövq etməyə cəhd göstərirlər.
Prezident İlham Əliyevin ölkəmizin sabitlik adasına çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdə xüsusi fəaliyyət göstərən polis orqanları öz xidməti borcunu ləyaqətlə yerinə yetirərək, əhalinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayırlar. Bu gün polis əməkdaşlarını gözdən salmağa cəhd edən radikal müxalifət nümayəndələrinin keçirdikləri aksiyalarda onların təhlükəsizliyinin təmin olunması vəzifəsini də məhz polis orqanları öz üzərinə götürür və bu işi layiqincə yerinə yetirirlər.Polis əməkdaşları vətəndaşlarımızın həyatının xilas edilməsi üçün böyük fədakarlıq göstərir, hətta həyatlarını riskə belə atırlar.
Xalqımızın dağıdıcı müxalifətin ölkəni yenidən qarışdırmaq cəhdlərinə qarşı nümayiş etdirdiyi münasibət bir daha təsdiq etdi ki, bu xalq Prezident İlham Əliyevi Azərbaycan dövlətçiliyinin əsas qarantı, milli maraqlarımızı yüksək səviyyədə ifadə edən və xalqın iradəsini hər şeydən üstün tutan lider kimi ciddi dəstəkləyir, ona alternativ görmür, dövlət başçısına etimad və güvəni hədsizdir, öz rəhbərinin arxasında sona qədər dayanmağa hazırdır.
· Zalov İmza Tv Alyans təşkilatı olaraq hər zaman Müzəffər Ali baş komandan İlham Əliyev’idəstəkləyirik. Dəmir yumruq ətrafında sıx birləşərək Dövlət və dövlətçiliyə hər zaman xidmət edirik. Ölkə daxilində edilən xidmətlərlə bərabər ölkə xaricində açılan nümayəndəlik məhz xidmətimizin bir nümunəsidir. Xaricdə Ölkəmizin yüksək səviyyədə dəstəklənməsi, beynəlxalq tədbirlərdə Azərbyacan hüquqi və demokratik bir dövlət olduğunu hər zaman vurğulayır və dövlətimizin daxili və xarici qüvəllərdən yüksək səviyyədə müdafiə olunması vəzifə borcu sayırıq. Eyni zamanda xaricdə yaşayan vətəndaşlarımıza kömək məqsədiylə Hüquq Mühafizə Orqanları və Vətəndaşlar arasında sıx bağın yaranmasına köməklik edirik, körpü rolu oynayırıqBizlərin dediyi kimi Azərbaycan Qafqazın parlayan ulduzudur.Bu ulduz Müzəffər Ali Baş komandan İlham Əliyev sayəsində daha da zirvələrə yüksələcək.
· Xarici dövlətlərdə ki nümayəndəliklərimizlə birliktə ölkəmizin siyasi arenalarda dəstəklənməsi xarici təsirlərə qarşı müdafiə olunması ilk vəzifəmizdir. Belə ki ölkə xaricində, eləcədə ölkə daxilində xarici qüvvələrə qarşı hər zaman mübarizə aparırıq. Eyni zamanda Dövlətimizə qarşı çıxan radikal müxalifət ünsürləriylə sona qədər bütün gücümüzlə mübarizə aparırıq. Bizim mübarizəmiz gələcək illərdə daha da güclü olacaq.
ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ :
BEYNƏLXALQ HÜQUQ EKSPERTİ : İSMAYIL ZALOV