Xəbər Lenti
Dünən, 13:00
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Dünən, 12:41
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Dünən, 12:30
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Dünən, 12:16
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
22-04-2026, 20:45
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
22-04-2026, 20:44
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
22-04-2026, 10:33
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
21-04-2026, 14:16
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
21-04-2026, 11:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
21-04-2026, 11:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
Ərdoğanla Əsədin görüşü barədə məlumatı kim sızdırıb?
"Ehtimal ki, görüş barədə məlumatı Moskva sızdırıb. Məlumat həmçinin onu göstərir ki, həmin istiqamətdə danışıqlar gedir. Lakin qərar yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Türkiyə və Suriya prezidentlərinin avqustda Moskvada görüşəcəkləri barədə verilən məlumat və onun Ankara tərəfindən təkzib edilməsini şərh edərkən deyib.
"Ona görə də Türkiyə Moskva görüşünü təkzib etməyə tələsib. Amma əminəm ki, Rusiyanın iştirakı ilə belə bir görüşün baş tutması üçün danışıqlar gedir. Yəni bu məsələ gündəmdədir və müxtəlif formatlarda dəfələrlə müzakirə olunub", deyə Arif Əliyev bildirib.
Həmsöhbətimiz qeyd edib ki, hələlik bu barədə qərar olmadığı halda informasiyanın sızdırılması açıq-aydın müəyyən siyasi məna daşıyır:
"Müzakirə olunan məsələləri vaxtından əvvəl üzə çıxması və belə bir qərar barədə məlumatların verilməsi isə hələlik Türkiyəyə lazım deyil. İran görüşü barədə isə qərar deyil, ehtimallar irəli sürülmüşdü. Ona görə də Ankara onu təkzib etməmişdi".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanın Suriya prezidenti Bəşər Əsədlə görüşəcəyilə bağlı məlumatlar son zamanlar mətbuatda geniş yayılmağa başlayıb. Ötən gün "Daily Sabah" qəzeti Ərdoğanla Əsəd arasında 2011-ci ildən bəri ilk görüşün avqust ayında Moskvada baş tutacağını iddia edib. Ondan əvvəl isə belə bir görüşün İraqda olacağı barədə fikirlər səslənirdi.
Lakin maraqlıdır ki, Türkiyə tərəfi xəbəri təkzib edib. ANKA-nın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib ki, Ərdoğan və Əsəd arasında avqust ayında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
"Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir", deyə XİN-dən bildirilib.
Qəzet Türkiyə qoşunlarının Suriyanın şimalından çıxarılması məsələsinin daha sonra müzakirə edilməsinə qərar verildiyini, ilk görüşdə əsas məsələlərdən birinin ikitərəfli ticarət məsələləri olacağını yazıb.
Xatırladaq ki, iyunun 28-də Türkiyə prezidenti Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. İyulun 12-də o, xarici işlər naziri Hakan Fidana "həmkarları ilə görüşməyi və normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı" tapşırdığını açıqlayıb.
Rüfət Sultan























































