Menu
Xəbər Lenti
Bu gün Zəfər Günüdür
8-11-2024, 09:39

Bu gün Zəfər Günüdür

“Danışır Bakı!”
6-11-2024, 05:35

“Danışır Bakı!”

20 Tem 13:23Manşet / Gündəm

Vətənpərvərlik, xalqa sədaqət nümunəsi – Anar Heydərov

 

Tarixi keçmişimizə nəzər salsaq, görərik ki, vətənpərvərlik anlayışı tarixin bütün dönəmlərində xalqımız üçün böyük önəm kəsb etmiş, bu gün də aktual olaraq qalır. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə Vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə Vətənə, millətə xidmət etməyi birləşdirir. Tarixin bütün dövrlərində Vətənimizin igid oğulları, qeyrətli qızları vətənpərvərliyi ilə seçilmiş, vətənimizin bütövlüyü uğrunda yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmış, Vətən naminə canlarını qurban verməkdən çəkinməmiş, əsl vətənpərvərlik nümunəsi göstərərək şərəfli bir iz qoyub getmişlər. Hər bir vətənpərvər insan işindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq torpağa, dövlətə sədaqətini özünün əməlləri ilə göstərir. Belə insanlardan biri də Azərbaycanın vətənpərvər oğlu Anar Heydərovdur. Anar müəllim bütün varlığı ilə elinə-obasına, xalqına, millətinə dövlətinə bağlı bir şəxsiyyətdir.


Hər bir xalqın milli dəyərlərinin əsasında vətənpərvərlik dayanır. Görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlərboyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Bəli, vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir, sədaqətdir. Vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan, onu düşmən təhdidlərindən qorumaqdan başlayır. Hər bir halda milli vətənpərvərlik hissi insanların bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır. Əgər fəhlə öz vətənpərvərliyini yaxşı işləməkdə, alim maraqlı elmi kəşflərində, şair yazı masasında, müəllim yazı taxtasında, əsgər səngərində görürsə, rəssam gözəl bir tablo yaradırsa, elə əsl vətənpərvərlik budur. Gənc nəsil doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməyi, yaxşı təhsil almağı qarşısına məqsəd qoyursa, deməli, əsl vətənpərvərlik nümunəsi göstərir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır.


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.


Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.  


Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, Anar müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.


Anar Heydərov qazilərin, şəhid ailələrinin, veteranların və kimsəsizlərin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Anar müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərir. İstər pandemiyanın sərt dövründə, istərsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına, dövlətimizə əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.


Anar Heydərov Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmiş və yanında olmuşdur.  


Anar müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.


Anar Heydərov istər vəzifə borcunu, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.  


Anar müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.


Anar Heydərovun şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər  məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Anar müəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!  


Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Anar Heydərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Anar Heydərov da bu qəbildən olan insanlardandır.


Biz də redaksiyamızın kollektivi adından Anar müəllimə qarşıdan gələn hər bir gün üçün uğur və müvəffəqiyyət arzulayırıq.


 

 

 

Hazırladı: Vüqar Əsədov

Araşdırmaçı jurnalist