Menu
Xəbər Lenti
COP 29-da Qadın Həmrəyliyi
23-11-2024, 16:53

COP 29-da Qadın Həmrəyliyi

COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

18 Tem 17:29Manşet / Gündəm

Peşəkar rəhbər, məsuliyyətli və cavabdeh – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Bağırov Şahin Soltan oğlu

 

Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər şəxsiyyətAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaqdır.  


İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Şahin müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə yüksək reytinqə malikdir.


Şahin Bağırov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir..


... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIĞI kimidir: Paytaxtda kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatçı, rəhbər işçi, gözəl insan və əsl Vətən daşı!


Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan ermənistan haqq savaşında məğlub oldu.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Ulu Öndər Heydər Əliyev uğurlu siyasətinin layiqli davamçısı olan, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Şahin müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.


Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Şahin müəllimin böyük genetik irsin varisidir.


Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna, o cümlədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olmaqla işlərində müvəffəqiyyət, uzun ömür, can sağlığı, həmişə yolları açıq olsun. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq. 


Zəruri giriş: 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.


Respublikadan kənar təhsil proqramı çərçivəsində 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsini bitirmişdir.


2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.


Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlamışdır.


1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlamış, gömrük sistemində müxtəlif vəzifələrdə çalışmış və Dövlət Gömrük Komitəsi sədrinin  müavini vəzifəsinə qədər yüksəlmişdir.


Birləşmiş Millətlər Təşkilatının Avropa Iqtisadi Komissiyasının  nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq  Yük Daşımaları haqqında Gömrük konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin  Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982)  İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.


2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində  çalışmışdır.


2014-ci ilin fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gömrük xidməti general-leytenantı rütbəsi verilib.


2010-cu ildə Azərbaycanın iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2012-ci ildə 3-cü dərəcəli,  2016-cı ildə  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


2023-cü ilin fevralın 14-də  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə  Dövlət Gömrük Komitəsi sədri təyin edilib.


Ailəlidir, 2 (iki) övladı var.


 

Hazırladı: Vüqar Əsədov

Araşdırmaçı jurnalist