Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Qalmaqallı dairələrin yeni namizədləri... - Biri 34 yaşlı xanımdır
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu gün isə hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti toplaşaraq bu seçkilərdəki namizədlərini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, ötən parlament seçkilərində 4 dairənin nəticələri ləğv olunmuşdu. Bunlar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.
YAP-ın iclasından sonra partiyanın bu dairələr üzrə də namizədləri bəlli olub.
Bu dəfə YAP-dan 33 saylı Xətai birinci seçki dairəsində Əliyev Yengibar Sərraf oğlu deputatlıq mandatı uğrunda mübarizə aparacaq. O, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda direktor köməkçisidir. Daha əvvəl isə bu dairədən YAP-dan Hüseynbala Mirələmov mübarizə aparsa da, nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunmuşdu.
Ötən seçkidə nəticəsi ləğv olunan 35 saylı Xətai üçüncü Seçki Dairəsindən isə YAP-ın namizədi Vəliyeva Pərvanə Bulut qızıdır. 1990-cı il təvəllüdlü Pərvanə Vəliyeva 2007-ci ildə qəbul imtahanı üzrə 667.50 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecement ixtisası üzrə təhsil alıb. Hazırda ictimai birlik sədridir.
Fotoda Pərvanə Vəliyeva
Onun yeni namizəd olduğu dairədə daha öncə deputatlıq mandatı uğruda Ümid partiyasının sədri İqbal Ağazadə və jurnalist Rauf Arifoğlu mübarizə aparırdı. Bu dairənin də nəticəsi MSK tərəfindən ləğv olunmuşdu.
2020-ci ildə Mərkəzi Seçki Komissiyası tərəfindən 74 saylı (indiki 78 saylı - red.) Lənkəran Kənd Seçki Dairəsində parlament seçkilərinin nəticələri ləğv olunub. Həmin ildə YAP-ın bu dairədən deputatlığa namizədi bu il dünyasını dəyişən Hadi Rəcəbli idi. Maraqlıdır ki, hakim partiya bu il sözügedən dairəyə Anar İsgəndərovun namizədliyini irəli sürüb. A.İsgəndərov daha öncə 71 saylı Masallı kənd seçki dairəsidən deputat seçilmişdi.
Ötən parlament seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri ləğv olunanda, bu dairədən lider namizəd 2021-ci ildə YAP sıralarına qoşulan Çingiz Qənizadə idi. YAP isə bu dəfə İmişlidən - 81 saylı İmişli seçki dairəsindən Məmmədov İsrafil Zakir oğlunun, 83 saylı Beyləqan seçki dairəsindən isə İsmayılov Şahin Əmir oğlunu namizəd kimi göstərib. İsrafil Məmmədovla bağlı açıq internet mənbələrində məlumata rast gəlinməsə də, Şahin İsmayılovun V və VI çağırış deputatı olduğu bəllidir.
Emin Səfərov