Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

18 Tem 08:39Manşet / Gündəm / Siyasət

Qüdrətli dövlət, davamlı sabitlik, yüksək rifah

 

Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi bazasının möhkəmləndirilməsi milli maraqların etibarlı qorunmasının vacib şərtidir.


Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Başqa sözlə, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.


Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi xilaskarıdır.


Milli təhlükəsizlik orqanlarının Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu vardır. Sabitliyin və təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması Azərbaycanın inkişafına mühüm töhfə verən amillərdir. 


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub.Keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi,  dövlət  təhlükəsizlik istiqamətində də  layiqli şəkildə davam etdirilməkdədir. Azərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır.


 

“Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. Kəşfiyyatın başlıca vəzifəsi budur. Buradan da göründüyü kimi kəşfiyyatın fəaliyyəti əsasən ölkə hüdudlarından kənarda həyata keçiriləcək. Kəşfiyyat əsasən kənarda işləməlidir”.


Dövlət Təhlükəsizlik Xidməti sırf ölkə daxili təhlükəsizliyin təmin edilməsi, ölkə daxilində dövlətə təhdid yaradacaq bütün məsələlərin qarşısının alınması üzərində işləyəcək. Xarici Kəşfiyyat Xidməti isə Azərbaycan qarşı xaricdən olan və ya ola biləcək istənilən kəşfiyyat hərəkətlərinin qarşısının alınmasına xidmət edəcək.


Azərbaycanda daxili təhlükəsizliyin təminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində bu gün də Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasına nail olmuşdur. Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proseslərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir.


Hazırda dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində duran terrorçuluqla mübarizə məsələsi Azərbaycan təhlükəsizlik orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə terrorçuluğun yeni bir qolu kimi meydana çıxmış nüvə texnologiyaları və ikili xassəli maddələr qaçaqmalçılığı və s. dünyada gedən prosesləri diqqətlə izləməyə və geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terrorçuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azərbaycanın təhlükəsizlik orqanları bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.


Bu gün Ulu öndərin siyasi kursunu inamla və uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti qarşıya qoyulmuş vəzifələri həyata keçirən şəxsi heyətin saflığına, Vətənə, xalqa və dövlətə sədaqətinə, eyni zamanda peşə, fiziki və döyüş hazırlığına xüsusi önəm verir. İndi yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı başlıca meyarlardır. 


Azərbaycan xalqı gələcəyə inamla baxır, ona görə ki, onun dünyada tanınan və qəbul edilən “Azərbaycan gəmisini fırtınalı dənizdə belə məharətlə idarə edən” kapitanı, Müzəffər Ali Baş Komandanı var. Azərbaycan xalqı ümid qığılcımlarını getdikcə daha parlaq görə bilir, həm də ona görə ki, ölkədə asayişi, ictimai təhlükəsizliyi, vətəndaşların hüquq və azadlıqlarını etibarlı şəkildə qoruyan dövlət başçısının etibarını və etimadını ən yüksək səviyyədə doğruldan, Heydər Əliyev məktəbini layiqincə keçərək mətinləşən, dövlətin əsas sütunlarından birinə çevrilən Azərbaycan polisi var. 


Bu gün Azərbaycan polisi anda sədaqət nümunəsidir. Bəzi neqativ hallar nəzərə alınmasa o, nümunəvi davranışı, xidməti vəzifəsini layiqincə yerinə yetirməsi ilə fərqlənir. Son 4-5 ildə qeydə alınmış cinayətlərin 85 faizdən yuxarısının böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizdən çoxunun ağır cinayətlər təşkil etməsi, cinayətlərin açılmasının 80 faizdən yuxarı olması qeyd olunan fikri təsdiq edir. Bu statistik rəqəmlərin arxasında Azərbaycan polisinin xidməti borca sədaqəti, dövlətə və dövlətçiliyə ən yüksək formada sadiqlik nümayiş etdirməsi, qəhrəmanlığı və şücaəti durur.


Azərbaycan polisi öz gücünü canı qədər sevdiyi xalqından, diqqətini və qayğısını daim əsirgəməyən Ali Baş Komandanından, nazirliyin rəhbərliyinin yüksək peşəkarlıqla idarəetmə səriştəsindən alır. Onun yüksək vətənpərvərlik ruhu torpağına, Ulu Öndərin əmanət etdiyi müstəqil Azərbaycana sonsuz məhəbbətlə xidmət etməklə yoğurulub, yoğurulur və bərkiyir. Ona görə də Azərbaycan polisi qürurludur. Bu qürur onu daha da məsuliyyətlə, şərəflə xidmət etməyə ruhlandırır.


İndi Azərbaycan polisi deyəndə öz kökündən və həyatın real axarından ayrı düşməyən hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri ilə fəaliyyət göstərən, cəmiyyətə tam açıq olan, yeni çağırışlara ölkənin milli maraqları baxımından sərrast cavab verən mükəmməl bir struktur görürük.


Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, iqtisadi və siyasi baxımdan daha güclü olduqca, cəmiyyətdə də sabitlik hökm sürür. Şübhəsiz, bu, həm də  hüquq-mühafizə orqanlarının əməyinin nəticəsidir. Gecə-gündüz  xidmət aparan polislər asayişi qorumaqla yanaşı, ölkədəki kriminogen duruma da nəzarət edir, əmin-amanlığın qorunması üçün təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanırlar.


Müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətçiliyimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tarixi zəfərimizin böyük memarı cənab İlham Əliyev tərəfindən milli maraqlara, dünyanın geosiyasi reallıqlarına adekvat olaraq inamla davam etdirilməsi üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını təmin etmişdir. 


Azərbaycan Prokurorluğunun qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.


Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişləri ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı. Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyanın qəbul edilməsi, orada hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik bazasının müasir tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, yeni idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət orqanlarının, o cümlədən prokurorluğun dövrün tələbatına uyğun formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün oldu. Qürurla qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir yumruq" hərbi əməliyyatları zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.


Azərbaycan Prokurorluğu hər bir dövlət təsisatı kimi ölkəmizin yeni inkişaf mərhələsində, irimiqyaslı və qlobal əhəmiyyətə malik hədəflərin həyata keçirilməsi istiqamətində böyük məsuliyyət və peşəkarlıqla fəaliyyətini qurmaq üçün bütün qüvvələrini səfərbər edir.


Prokurorluq işçiləri vətəninə və xalqına sədaqətlə xidmət etməyə, respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak etməklə prokurorluğun fəaliyyətinin daha da müasirləşdirilməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və  dövlətçiliyimizin qorunmasında yeni uğurlar əldə edilməsinə çalışacaqlar.


Məhz bizlərdə Zalov İmza Tv Alyans təşkilatı olaraq. Hər zaman Müzəffər Ali baş komandan İlham Əliyev’i hər zaman dəstəkləyirik. Dəmir yumruq ətrafında sıx birləşərək Dövlət və dövlətçiliyə hər zaman xidmət edirik. Ölkə daxilində edilən xidmətlərlə bərabər ölkə xaricində açılan nümayəndəlik məhz xidmətimizin bir nümunəsidir. Xaricdə Ölkəmizin yüksək səviyyədə dəstəklənməsi, beynəlxalq tədbirlərdə Azərbyacan hüquqi və demokratik bir dövlət olduğunu hər zaman vurğulayır və dövlətimizin daxili və xarici qüvəllərdən yüksək səviyyədə müdafiə olunması vəzifə borcu sayırıq.


4- qitədə ( ABŞ, Rusiya Federasiyası,, Türkiyə, İsrail, BƏƏ, Fransa, Almanya, Gürcüstan, Afrika ) açılan nümayəndəliklərimiz xidmətimizin bir növüdür. Gələcək illərdə fəaliyyət dövrlərimizdə daha çox ölkədə nümayəndəliklər açmaq, ölkəmizi layiqli bir şəkildə təmsil etməkdir. Qatıldığımız beynəlxalq tədbirlərdə ölkəmizin ölkəmizin demokratik, hüquqi bir dövlət olduğunu, 44 – günlük Vətən müharibəsində haqlı olduğumuzu, ölkəmizdə vətəndaşlarımıza  hüquqi hər sahədə xidmətin yüksək olduğunu sübutlarıyla isbatlayırıq. Dövlətimizin inkişaf xəritəsini xarici tədbirlərdə bütün rəhbərliklərə xüsusən göstəririk.


Bizlərin dediyi kimi Azərbaycan Qafqazın parlayan ulduzudur. Bu ulduz Müzəffər Ali Baş komandan İlham Əliyev sayəsində daha da zirvələrə yüksələcək.


Xarici dövlətlərdə ki nümayəndəliklərimizlə birliktə ölkəmizin siyasi arenalarda dəstəklənməsi xarici təsirlərə qarşı müdafiə olunması ilk vəzifəmizdir. Belə ki dövlət qurumlarıyla sıx əməkdaşlıq apararaq nəyin ki ölkə xaricində, eləcədə ölkə daxilində xarici qüvvələrə qarşı hər zaman mübarizə aparırıq. Məhz bunun üçün Müzəffər Ali Baş Komandan İlham Əliyev’in ətrafında sıx birləşməli, Azərbaycanımıza xidmət etməliyik.


 


ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ : İSMAYIL ZALOV