DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır
“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı İdarə Heyətinin sədri Ramiz İsayev:Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, təhsilin dünya standartlarının tələblərinə müvafiq təşkili və idarə edilməsi, istehsal və qeyri-istehsal sahələrinin infrastrukturunun yenidən formalaşdırılması, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin müəllifliyi və rəhbərliyi ilə həyata keçirilən islahat və inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsidə nail olunmuşdur.
Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hal-hazırda prezident İlham Əliyevin yaradıcılıqla və uğurla inkişaf etdirdiyi Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşması mərhələlərinin, onun sürətli inkişafını təmin edən başlıca amilərin tədqiqi və dəyərləndirilməsi Ulu Öndərin iqtisadi irsinin öyrənilməsində və ölkəmizin perspektiv inkişafinın prioritetlərinin, məqsəd və hədəflərinin müəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyətə malikdir.
XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas yaratmış və bunlar dönməz xarakter almışdır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, dünya təcrübəsində sistemin transformasiyasının iki yolu - “şok terapiyası” və “təkamül yolu” məlumdur. Azərbaycan reallığını nəzərə alaraq Heydər Əliyev transformasiya prosesində böhrandan çıxış və perspektiv inkişaf tədbirlər sistemini müəyyənləşdirərkən, hər bir konkret halda “şok terapiyası” və “təkamül yolu”nun prinsiplərindən ayrılıqda, tələb olunan hallarda isə onların birgə tətbiq olunmasına və iqtisadi siyasətdə koordinasiya, sistemlilik və prioritetlərin düzgün seçilməsinə xüsusi önəm verirdi. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdud olduğunu nəzərə alaraq Ulu Öndər xüsusi qeyd edirdi ki, Azərbaycanda iqtisadiyyatın o sahələrinin inkişafı təmin edilməlidir ki, ilkin olaraq bu istiqamətlər ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan versin və bu sahələrin üstün inkişafı nəticəsində yaranmış gəlirlər ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilsin. Bu illərdə hələ də dünya qlobal maliyyə böhranından tam qurtara bilmədiyi bir mərhələdə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın bir müstəqil dövlət kimi formalaşdırılması və inkişafı ilə bağlı iqtisadiyyatın bütün sahələrində həyata keçirdiyi çoxşaxəli islahat-inkişafa yönəltdiyi tədbirlər Ulu Öndərin böyük təcrübəyə, biliyə, analitik düşüncəyə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunu göstərdi.
Müstəqilliyin ilk illərində Ulu Öndərin iqtisadi strategiyasının bir sıra məqamlarını nəzərdən keçirərkən bu illərdə Azərbaycanın necə böyük, sərt, riskli, ziddiyyətli və mürəkkəb proseslərlə üzləşdiyini görürük. Ancaq hazırda bu dövrdə hadisələrin necə düzgün müəyyənləşdirilib qiymətləndirildiyini, uzaqgörənliklə qərarlar verildiyini və ən mühümü isə bu qərarların perspektivdə həyata keçiriləcək proseslərə mənfi təsir göstərmədən məharətlə, cəsarətlə, məntiqi ardıcıllıqla həll edildiyi müəyyən edilir. Bu tədbirlər ölkəmizin bir dövlət kimi mövcudluğunun şübhə altında olduğu gərgin və mürəkkəb bir şəraitdə - 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması və onun apardığı dərin məzmunlu, məqsədyönlü və səmərəli işlər nəticəsində mümkün olmuşdur.
Qeyd etmək lazımdır ki müstəqilliyin ilk illərində Azərbaycanda hərbi, sosial-iqtisadi, siyasi böhran dərinləşmiş müstəqilliyin itirilməsi, hətta vətəndaş müharibəsi təhlükəsi yaranmış, Azərbaycana Ermənistanın hərbi təcavüzü nəticəsində 90-cı illərin əvvəlidən etibarən ölkədə iqtisadiyyatın bütün sahələrində istehsal tənəzzül etmişdi. Belə ki, 1991-1995-ci illərdə ölkədə istehsal müəssisələrinin böyük əksəriyyəti dayanmış və ya öz gücünün 15-20% səviyyəsində işləmiş, illik geriləmə sənayedə 20-24%-ə, kənd təsərrüfatında 15-20%-ə, əsaslı vəsait qoyuluşunda 40%-ə düşmüş, istehlak mallarının qiymətinin ildə 14-18 dəfə artması iqtisadi və sosial sahənin sıradan çıxmasına səbəb olmuşdur.
Bu dövrdə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə yenidən gəldikdən sonra müstəqilliyin ilk illərində ölkəmizin qarşısında duran problemlərin ağırlığını və xalqın qarşısında məsuliyyətini xüsusi vurğulayaraq qeyd etmişdir: “Ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm”. Onun böyük səyi, iradəsi və idarəçilik məharəti sayəsində ölkədə qısa bir müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu iqtisadi sistemin transformasiyası ilə bağlı aparılması nəzərdə tutulan iqtisadi islahatların qanunvericilik bazasının yaradılmasına, sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlər nəzərə alınmaqla qeyd olunanların reallaşdırılmasının taktika və strategiyasını müəyyənləşdirməyə imkan verdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, Ulu öndərin bazar iqtisadi sisteminə keçid mərhələsində müstəqil milli iqtisadiyyatın formalaşdırılması ilə əlaqədar həyata keçirdiyi iqtisadi strategiya ölkədə makroiqtisadi sabitliyin təmin olunması; sistemin transformasiyası ilə bağlı bütün istiqamətlər üzrə əsaslı iqtisadi islahatların aparılması; bütün səviyyələrdə bazar iqtisadi münasibətlərinin liberallaşdırılması; ölkədə demokratiyanın və sosial ədalətin bərqərar olunması ölkəmizin strateji milli maraq və mənafelərini qorumaqla dünya iqtisadi sistemə fəal və səmərəli inteqrasiya olunması prinsiplərinə əsaslanırdı. Azərbaycan bazar iqtisadiyyatı sisteminə keçidin ilk mərhələsində iqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional əlaqələrin pozulduğu, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin formada artdığı sistemsizlik böhranının bütün fəsadlarını özündə əks etdirən bir dövrdə yaşayırdı.
Müstəqilliyin ilk dövründə qarşıda duran əsas vəzifə ölkəni düşdüyü böhranlı vəziyyətdən çıxarmaq, ölkə iqtisadiyyatının spesifik cəhətlərini (iqtisadiyyatda qeyri-müəyyənlik, işsizliyin, inflyasiyanın yüksək səviyyəsi və sair) nəzərə almaqla makroiqtisadi sabitliyi təmin etməklə milli iqtisadi inkişafın təmin edilməsindən ibarət idi. Bu vəzifənin reallaşdırılması isə milli iqtisadi inkişaf konsepsiyası olmadan mümkün deyildi. Həmin dövrdən başlayaraq müstəqil Azərbaycan Respublikasının milli iqtisadi inkişafının əsaslarını ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və ölkə iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxara biləcək iqtisadi inkişaf strategiyası təşkil etmişdir. Belə ki, bu inkişaf konsepsiya Heydər Əliyevin müstəsna iqtisadi təfəkkürün məhsulu olub onun həyata keçirdiyi böyük həcmli və zəruri işlər əsasında formalaşmış, bütövlükdə milli iqtisadi inkişaf haqqında milli ictimai-iqtisadi fikirlərin və idealogiyaların formalaşmasının əsas meyarına çevrilmişdir. 2009-cu ilə qədər ölkəmizdə davam etmiş keçid dövrünün ilkin mərhələsində Heydər Əliyevin diqqətini cəlb edən mühüm məsələlərdən biri də keçid dövründə və perspektivdə milli iqtisadi inkişaf strategiyasının mahiyyətinin müəyyənləşdirilməsi, onun mərhələlərlə həyata keçirilməsi mexanizminin işlənilməsi olmuşdur. Ölkə iqtisadiyyatının inkişaf mərhələlərində istehsal və qeyri-istehsal sahələrinin əsas makroiqtisadi göstəricilərinin inkişaf dinamikası Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasının uğurla reallaşdırılmasının əyani nümunəsidir.
Onu da qeyd etmək lazımdır ki, hər bir iqtisadi inkişaf modeli müvafiq və məqsədyönlü iqtisadi strategiya və bu strategiya çərçivəsində həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar vasitəsilə reallaşdırılır. Azərbaycanda müstəqilliyin ilk illərindən başlayaraq bazar iqtisadiyyatı sisteminin prinsiplərinin və mexanizmlərinin formalaşması məqsədilə iqtisadiyyatın yenidən qurulması, iqtisadi inkişafın sürətləndirilməsi, sahibkarlığın stimullaşdırılması, səmərəli investisiya və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində aparılan islahatları Ulu Öndər mühüm və zəruri şərti kimi dəyərləndirirdi və bunların əsasını onun müəllifi olduğu uğurlu neft strategiyası təşkil edirdi.
Bunlar yanaşı keçid iqtisadiyyatının ilk illərində ölkəmizin maliyyə imkanlarının məhdudluğu şəraitində xarici investisiyaların iqtisadiyyatın neft-qaz sektoruna cəlb edilməsi nəticəsində ölkənin maliyyə imkanları genişlənməyə başladı, inkişaf etmiş ölkələrin yeni texnika və texnologiyalarının, innovativ layihələrinin, mütərəqqi əmək vərdişlərinin, üsul və vasitələrinin, peşə və ixtisaslarının iqtisadiyyatımıza cəlb edilməsi Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. Ümum milli lider Heydər Əliyevin iqtisadi inkişaf modelinin əsas cəhətlərindən biri də onun möhkəm elmi konseptual baza və mütərəqqi qanunvericilik əsaslar üzərində formalaşmasıdır. Bu baxımdan Ulu Öndərin bilavasitə tapşırıqları, qanunvericilik təşəbbüsləri və tövsiyələri əsasında müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlətin idarəedilməsinin təkmilləşdirilməsi, iqtisadiyyatımızda bazar iqtisadi sisteminin əsaslarının yaradılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının və hüquqlarının təmin edilməsi ilə bağlı əksər qanunvericilik sənədləri və normativ-hüquq aktları qəbul edilmiş, onların səmərəli işlək mexanizmi hazırlanmışdır.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplər üzərində qurulmuşdur. Bu prinsiplər ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi, bazar iqtisadi sisteminin əsaslarının yaradılması, onun iqtisadi inkişafının sürətləndirilməsi, Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi, sosial inkişafına xidmət edən prioritet istiqamətlərdən ibarət olmuşdur. Ulu Öndərin iqtisadi inkişaf modelinin əsasını eyni zamanda bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli və sistemli şəkildə aparılması; iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması; yeni milli iqtisadi inkişafın sosial yönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə və demokratik dəyərlərə uyğunluğu; ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi; iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitinin yaradılması; iqtisadiyyatın qloballaşması və milli maraqların əlaqələndirilməsi, ölkənin beynəlxalq iqtisadi, maliyyə-kredit, ticarət və digər iqtisadi təşkilatlarda iştirakının onun strateji və milli maraqlarına uyğunluğu və bu maraqlara xidmət etməsi və s. sahələr təşkil etmişdir.
Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması və ölkə Prezidenti İlham Əliyevin bu kursu tam və uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasının nəticəsində ölkəmizdə, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, davamlı və dayanıqlı inkişaf təmin edilmişdir.
Assosiasiya haqqında
Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi əsas hədəflərdən biri kimi nəzərdə tutulmuşdur.
Sözügedən Strateji Yol Xəritəsini rəhbər tutaraq uzun illərdir tikinti bazarında gördüyü işlərlə, ərsəyə gətirdikləri gözoxşayan göydələnlərlə və digər tikinti layihələri ilə layiqli yerlərini tutmuş bir neçə tikinti şirkəti tərəfindən 04 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı təsis edilmiş və 05 oktyabr 2020-ci il tarixində, 1120-Q74-3858 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı (bundan sonra ATİA) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, iştirakçılarının (üzvlərinin) hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-kommersiya təşkilatıdır.
ATİA üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, tikinti sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformadır.
ATİA-nın əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və İttifaqın üzvləri olan tikinti şirkətlərinin inkişaf etməsinə köməklik göstərməklə Azərbaycanın tikinti sektorunun inkişafında, tikinti sektorunda vahid standartların formalaşdırılmasında və sistemləşdirilməsində aktiv iştirak etmək, onların fəaliyyətlərini əlaqələndirmək, sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaq, habelə onların ümumi mənafelərini təmsil və müdafiə etməkdən ibarətdir. Eyni zamanda tikinti şirkətlərinin vahid platformasını yaratmaq, tikinti şirkətləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, tikinti məhsulları və xidmətlərinin keyfiyyətini artırmaq, iştirakçılarının beynəlxalq tikinti bazarlarında fəaliyyətinə köməklik göstərmək, həmçinin milli tikinti sərgilərinin təşkilinin həyata keçirilməsində aktiv iştirak etmək İttifaqın qarşısına qoyduğu məqsədlərdəndir.
ATİA məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: – Azərbaycan Respublikasında tikinti istehsalı (çoxmənzilli, fərdi yaşayış evlərinin və müxtəlif növ qeyri-yaşayış obyektlərinin tikilməsi, habelə körpülərin, tunellərin inşası və s.) sahəsində davamlı inkişafın təmin olunması üçün müvafiq infrastrukturun yaradılması; – bu sahədə fəaliyyət göstərən kommersiya hüquqi şəxslərinin əlaqələndirilməsi və ictimai faydalı fəaliyyətlərin təşkili üçün səylərinin birləşdirilməsi; – İttifaq iştirakçılarının mənafelərinin dövlət qurumları qarşısında təmsil və müdafiə edilməsi, könüllü təşkilatları və dövlət qurumları arasında körpü rolunun oynanılması; – tikinti istehsalı sahəsində beynəlxalq (ikitərəfli və çoxtərəfli) əməkdaşlığın qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın təcrübəsinin dünyada təşviqi.
Missiya
Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan sahibkarların ən yaxın tərəfdaşına çevrilmək, bu sahədə sahibkar-dövlət münasibətlərinin tənzimlənməsi üçun dialoq qurmaq və ölkədə tikinti sektorunun dayanıqlı inkişafına dəstək olmaqdır.
Dəyərlər
Müstəqillik, şəffaflıq, əməkdaşlıq, komanda işi və müxtəliflik.
Şirkət tanıtımı
Assosiasiyanın Saytının tərəfdaşlar bölməsində Assosiasiyaya üzv olan şirkətlərin tanıtımı ilə bağlı üzvün loqosunun yerləşdirilməsi Assosiasiyanın keçiriləcək tədbirlərində sponsurluq güzəşti əldə edilməsi və həmin tədbirlərdə və KİV vasitələrində üzv şirkətlərin reklam afişlərinin yerləşdirilməsi.
Sosial platforma
Sosial platforma assosiasiya üzvlərinə layihələr ətrafında əlaqə və icmalar yaratmaq üçün peşəkar şərait yaradır. Məlumatların bölüşdürülməsi və paylaşılması üçün əsas metod sosial mediadır.
Dövlət qurumları ilə sıx əlaqə
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası, üzv olan şirkətlərin yaranan problemlərin həlli istiqamətində dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə qarşılıqlı əlaqə quraraq tikinti ilə bağlı yarana biləcək problemlərin qanuni formada həlli, müqayisə və mübadilə edilməsi, yaxşı təcrübələrin müəyyən edilib əldə edilməsi prinsipi ilə dövlət qurumları ilə sıx əlaqə yaradır.
Sertifikasiya
Üzvlük Sertifikatı və İnşaat Təhlükəsizliyi Sertifikatı – tikinti mühiti daxilində sağlamlıq və təhlükəsizlik sahəsində peşəkar olmaq vacib məsələlərdən biridir. Buraya daxil olan predmetlər: hündürlükdə işləmək, sökülmə və qazma işləri, elektrik, betonlama daxil olmaqla bu kimi bütün işlərdir. Bu kursda iştirak edən üzvlər müvafiq qanunvericiliyə uyğun olaraq tikinti fəaliyyətini təhlükəsiz hala gətirmə bacarığına sahib olacaqlar.
Ünvan
Bakı şəh., Xətai Prospekti 38, Messenat Plaza 3 mərtəbə, AZ 1008
Əlaqə üçün e-poçt [email protected]
Həftənin 7 günü 24 saat zəng edə bilərsiniz.
+994 50 2539934
+994 12 4041591