Xəbər Lenti
Dünən, 13:25
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Dünən, 11:47
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
4-08-2026, 20:27
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
4-08-2026, 13:53
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
4-08-2026, 11:30
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
Müdafiə Nazirliyində struktur dəyişikliyi: Müavinlərin sayı niyə azaldılıb?
"İşin səmərəliliyini, rentabelliliyini artırmaq, bürokratik əngəl və süründürməçiliyə son qoymaq baxımından Müdafiə Nazirliyinin struktur bölməsində edilən dəyişiklik mühüm əhəmiyyətə malikdir".
Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert İbrahim Rüstəmli Müdafiə Nazirliyinin struktur bölməsində edilən dəyişikliyi şərh edərkən deyib.
Ekspert bildirib ki, artıq dünya çapında yeni infrastruktur, yeni baxış bucağı, yeni iş mexanizmləri işlənib hazırlanır:
"Günün qlobal məsələlərindən biri də kadr potensialının düzgün yönləndirilməsi, zəruri islahatların aparılmasıdır. Azərbaycan ordusu da uzun müddətdir yeni iş mexanizminə keçib. Bu zaman Türkiyə Müdafiə Nazirliyinin təcrübəsi əsas götürülüb. Bürokratiyanın, hərc-mərcliyin qarşısını almaq, sayı azaltmaq və büdcənin daha rentabelli xərclənməsi baxımından yeni iş mexanizmlərinə keçid günün tələbidir".

Ekspert qeyd edir ki, təkcə Müdafiə Nazirliyində deyil, daha aşağı strukturlarda, hərbi hissələr, briqadalar, korpuslar, ali hərbi təhsil ocaqlarında da lazımsız vəzifələr çoxdur. Həmsöhbətimizin fikrincə, dəyişiklik NATO sisteminə yaxınlaşmaq baxımından da önəmlidir:
"Bu dəyişiklik Türkiyə ordu mənsublarının iştirakı ilə həyata keçirilir. Atılan bu addımlar, idarəetmə sisteminin təkmilləşməsi Ordumuzun döyüş qabiliyyətinin artmasına ciddi təkan verəcək".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb. Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.
Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.
Rüfət Sultan























































