Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Müharibə olarsa, “Hizbullah”ı dəstəkləyəcəyik”
“İsrail Livana qarşı tammiqyaslı müharibəyə başlayarsa, İran bütün qüvvələri ilə “Hizbullah” hərəkatını dəstəkləyəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində İranın ali lideri Əli Xameneinin müşaviri və İranın beynəlxalq münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Harazi deyib.
“Belə bir vəziyyətdə bütün vasitələrlə “Hizbullah”ı dəstəkləməkdən başqa digər seçimimiz olmazdı”, - deyə Harazi qeyd edib.
Bununla belə, onun sözlərinə görə, münaqişənin gələcəkdə eskalasiyası və genişlənməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğun gəlir.























































