Menu
Xəbər Lenti
İsrail atəşkəsi pozdu
Dünən, 11:01

İsrail atəşkəsi pozdu

Polis silah-sursat götürdü
13-04-2026, 11:33

Polis silah-sursat götürdü

14 yolda tıxac var - Siyahı
13-04-2026, 11:07

14 yolda tıxac var - Siyahı

02 İyul 2024 09:14Manşet / Gündəm

Nohur gölündə suyun səviyyəsi artdı: Təhlükəli vəziyyət yarandı

 

Nohur gölündə suyun səviyyəsi artıb və ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.