VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
26 iyun Silahlı Qüvvələr günü Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsində təntənəli şəkildə Qeyd edilib...
Bugün Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Nəsimi rayon şöbəsində 26 iyun Silahlı Qüvvələr günü təntənəli şəkildə qeyd olunub. Tədbiri giriş sözü ilə Nəsimi rayon Şöbəsinin sədri polkovnik Elmar Hüseyinov açaraq rayon veteranlarını və tədbir iştirakçılarını salamladıqdan sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut elan etdi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Sükutdan sonra polkovnik Elmar Hüseynov çıxışına davam edərək döyüş xatirələrindən danışdı, rəşadətli Azərbaycan Ordusunun əzmkarlığını vurğuladı. Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna ayırdığı yüksək diqqəti xüsusilə qeyd etdi.Elmar Hüseynov çıxışını yekunlaşdırdıqdan sonra sözü müharibə veteranlarına verdi. Müharibə veteranları polkovnik Qaçay Aslanov, Arif Süleymanov,sədr müavini Namiq Həşimov çıxış edərək öz döyüş xatirələrini bölüşdülər. Daha sonra müharibə veteranları polkovnik Qaçay Aslanov, Arif Süleymanov, sədr müavini Namiq Həşimov, ictimaiyyət nümayəndələri Çingiz Mahmudov, Fərid Səfərov və İctimai Xəbər Agentliyi MMC nin təsisçisi və baş direktoru Rasafil Bayramov polkovnik Elmar Hüseynov tərəfindən "Turan" fəxri fərmanı ilə təltif olundular...Bununla da tədbirə yekun vuruldu.
Rasafil Bayramov
İctimai Xəbər Agentliyi MMC nin və ata tv.az saytının tədisçisi və baş direktoru




























































