Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Əliyar Fərzəliyev – dövlətçiliyə sədaqəti, Vətən sevgisi və xeyirxah əməlləri ilə seçilən ziyalı
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Şeyxə məxsus olduğu deyilən klinika məhkəmə qarşısında - Qeyri-leqal fəaliyətlə məşğul olub?
Zəhra Klinikası qeyri-leqal fəaliyyətdə ittiham edilir.
Qaynarinfo xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati iş başlanıb.
Bu maddədə qeyd edilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 min manatadək məbləğdə cərimələnir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib.
Ətraflı
Zəhra Klinikası vergidə "Zəhra Clinic" MMC kimi qeydiyyatdadır. Reyestr məlumatlarından aydın olur ki, klinika 26 oktyabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 100 manatdır. Klinikanın rəhbəri Fərid Hüseyndir.
Zəhra Klinikasının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, şeyxülislam Allahşükür Paşazadənin nəzarətində olduğu iddia edilir.
Fərid Hüseyndən əvvəl klinkaya QMİ sədrinin qızı Vəfa Paşazadənin rəhbərlik etməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Vəfa Paşazadə 2023-cü ildə rəhbərlikdən gedib. Bununla belə, hazırda klinikanın yenə də şeyxin nəzarətində olduğu deyilir.
Seyid























































