Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Azərbaycana Yay bu saatda daxil olacaq
Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olacaq. Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
Günəşə qədər məsafə 152.025 milyon km təşkil edəcək. 14 gündən sonra isə - iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində - afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon km olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.





















































